Yer kürəsində maqnit qasırğası: Günəşdən gələn təhlükə
18 Avqust 2026, 19:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
253
21.06.2025, 20:41
Bütün ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdinin nəticələri artıq açıqlanıb. Hazırda abituriyentlər II cəhdə ciddi şəkildə hazırlaşırlar.
Bu imtahanlar iyulun 6-da II və III ixtisas qrupları, iyulun 13-də isə I, IV qruplar və III TC alt qrupu üzrə keçiriləcək.
Abituriyentlərin əksəriyyəti bu dəfə ballarını artıracaqlarına ümid edir. Bəziləri hesab edir ki, növbəti - "şans imtahanı" daha asan ola bilər.
Maraqlıdır, bu, həqiqətən belə olacaqmı? Qeyd edək ki, I cəhddə heç bir abituriyent 700 bal toplamağı bacarmayıb. İkinci cəhd bu nəticəni dəyişə bilərmi?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elmin Nuri bildirib ki, məsələyə iki aspektdən yanaşmaq lazımdır:
"Birinci aspekt odur ki, ikinci cəhd imtahanında abituriyentlərin balları yüksələ bilərmi? Mən deyərdim: bəli, bu mümkündür. Çünki ilk cəhdin tapşırıqları həddindən artıq çətinliyi ilə seçilirdi.
Bunu yüzlərlə, hətta minlərlə abituriyentin fikirlərinə və müəllimlərin şərhlərinə əsaslanaraq deyirəm. Hətta buraxılış imtahanlarında 200-250 bal toplayanların bir çoxu blok imtahanlarında 100 balı çətinliklə keçə bilib".
Ekspert bildirir ki, DİM sualları məktəb proqramına uyğun tərtib etsə də, məktəblər kurikulumu kifayət qədər effektiv keçmədiyi üçün suallar abituriyentlər üçün "anlaşılmaz" olur. Bu səbəbdən II cəhd imtahanlarında müəyyən yumşalmalar gözlənilir.
"Əgər suallar qismən daha sadə tərtib olunsa, nəticələrdə də yüksəlmə baş verəcək. Amma əsas məqsəd 700 bal deyil", - deyə ekspert vurğulayıb.
700 bal toplamaq zəruridirmi?
Bu suala cavab olaraq Elmin Nuri bildirib:
"700 bal toplamaq uğur göstəricisidir, lakin bu, tələbənin gələcək karyera uğurlarını müəyyən etmir. Əmək bazarında, real həyatda 500 bal toplayan bir gənc 700 ballıq tələbədən daha uğurlu ola bilər. Bu nəticələr çox nisbi və şansdan asılıdır. Əsas olan bacarıq, istedad və davamlı çalışmaqdır".
Qeyd edək ki, II cəhd imtahanında iştirak üçün ödəniş 50 manatdır.Milli.Az
19:07 / 18 Avqust 2026
17
18:38 / 18 Avqust 2026
110
18:17 / 18 Avqust 2026
46
18:06 / 18 Avqust 2026
69
17:55 / 18 Avqust 2026
70
17:40 / 18 Avqust 2026
71
17:25 / 18 Avqust 2026
80
17:10 / 18 Avqust 2026
84
16:51 / 18 Avqust 2026
58
16:45 / 18 Avqust 2026
84
16:30 / 18 Avqust 2026
71
16:15 / 18 Avqust 2026
82
16:07 / 18 Avqust 2026
80
15:55 / 18 Avqust 2026
67
15:40 / 18 Avqust 2026
97
15:30 / 18 Avqust 2026
99
15:28 / 18 Avqust 2026
83
15:15 / 18 Avqust 2026
86
15:08 / 18 Avqust 2026
100
15:06 / 18 Avqust 2026
75
14:50 / 18 Avqust 2026
92
14:38 / 18 Avqust 2026
98
14:30 / 18 Avqust 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.