Müəllimlərin işə qəbulu müsabiqəsində ümumi vakansiya seçiminin nəticələri açıqlanıb
18 Avqust 2026, 19:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
254
21.06.2025, 18:48
Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi ilə bağlı imzaladığı Tədbirlər Planına əsasən, ilin sonunadək Bakı və digər iri şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə yeni adların verilməsi nəzərdə tutulur. Bu sırada metro stansiyalarının da olacağı gözlənilir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı modern.az-a açıqlama verən sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı metro şəbəkəsinin daha səmərəli fəaliyyəti üçün xəttin dairəvi formada birləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, metro stansiyalarına ad verilərkən ictimai rəy mütləq nəzərə alınmalı, ad seçimində yalnız tarixi şəxsiyyətlərə deyil, həm də Milli qəhrəmanlara üstünlük verilməlidir.
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu hesab edir ki, metro stansiyalarına ədəbiyyat və sənət nümayəndələrinin adlarındansa, qəhrəmanların və şəhidlərin adlarının verilməsi daha məqsədəuyğundur. O bildirib ki, belə addımlar bu insanların adlarının əbədiləşdirilməsinə, onların cəmiyyət üçün nümunəyə çevrilməsinə xidmət edər:
"İnsanlar fəxrlə deyə bilsinlər ki, "Mən Polad Həşimov metrosundan mindim", "Mübariz İbrahimov stansiyasından gəldim"- məncə, belə olmalıdır",- deyə B.Vəziroğlu bildirib.
O həmçinin əlavə edib ki, ədəbiyyat və incəsənət xadimlərinin adları metro stansiyalarına kifayət qədər verilib. Onun fikrincə, məsələn, hazırkı "Koroğlu" stansiyasının adı da dəyişdirilərək şəhid adları ilə əvəz olunmalıdır.
Mətbuat Şurasının sədri Rəşad Məcid də mövzuya münasibət bildirərək təklif edib ki, yeni inşa olunacaq metro stansiyalarına "Zəngəzur" və "Təbriz" kimi adlar verilsin. Onun sözlərinə görə, bu cür adlar həm tarixi, həm də mədəni baxımdan xüsusi əhəmiyyət daşıyacaq.
19:45 / 18 Avqust 2026
4
19:19 / 18 Avqust 2026
30
19:07 / 18 Avqust 2026
44
18:38 / 18 Avqust 2026
119
18:17 / 18 Avqust 2026
55
18:06 / 18 Avqust 2026
73
17:55 / 18 Avqust 2026
73
17:40 / 18 Avqust 2026
78
17:25 / 18 Avqust 2026
85
17:10 / 18 Avqust 2026
87
16:51 / 18 Avqust 2026
59
16:45 / 18 Avqust 2026
85
16:30 / 18 Avqust 2026
72
16:15 / 18 Avqust 2026
82
16:07 / 18 Avqust 2026
80
15:55 / 18 Avqust 2026
68
15:40 / 18 Avqust 2026
98
15:30 / 18 Avqust 2026
99
15:28 / 18 Avqust 2026
84
15:15 / 18 Avqust 2026
86
15:08 / 18 Avqust 2026
101
15:06 / 18 Avqust 2026
75
14:50 / 18 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.