Azərbaycanda ağır qəza: ölən və yaralı var
18 Avqust 2026, 21:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1100
19.06.2025, 15:53
Göz əməliyyatı olunmuş vətəndaş Humay Əliyeva görmə qabiliyyətini itirdiyini deyir.
Bu barədə qadın özü məlumat verib.
Tanınmış oftalmoloq Cahid Şahbazov tərəfindən əməliyyat edildiyini bildirən H.Əliyeva sol gözünün kor olduğunu iddia edir. Şikayətçinin sözlərinə görə, “Caspian Hospital”da adıçəkilən həkim tərəfindən gözünün yanlış müayinəsi aparılıb və səhv diaqnoz qoyulub: “Görmə qabiliyyətimi itirmişəm, əzələ və sinirlərim iflic olub, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanlarının təyin etdiyi ekspertiza nəticəsində müəyyən olunub ki, əməliyyatdan əvvəl gözümdə Cahid Şahbazovun qoyduğu xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Bir çox faktların olmasına baxmayaraq, Səbail Rayon Prokurorluğunda araşdırılan iş hələ də məhkəməyə göndərilməyib. Xahiş edirəm ki, bu iş yekunlaşdırılaraq məhkəməyə göndərilsin. Mənim timsalımda Cahid Şahbazovun qurbanı olan yüzlərlə xəstə var. Onlara deyir ki, siz mənə heç nə edə bilməzsiniz, mənim çox güclü vəkillərim var”.
H.Əliyeva eyni zamanda məsələni sosial şəbəkə hesablarında ictimailəşdirib. Maraqlıdır ki, qadının videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirib və oxşar problemlə üzləşdiyini qeyd edib: “Allah köməyiniz olsun. Demək olar ki, məni də bənzər vəziyyətə qoyub”.
İddialarla bağlı Cahid Şahbazovun mövqeyini öyrənməyə çalışdıq. Amma həkimin köməkçisi sözügedən informasiyadan xəbərdar olduqlarını desə də, Cahid Şahbazovun açıqlama vermək istəmədiyini əlavə etdi.(qafqazinfo)
22:36 / 18 Avqust 2026
9
22:02 / 18 Avqust 2026
40
21:50 / 18 Avqust 2026
43
21:29 / 18 Avqust 2026
42
21:21 / 18 Avqust 2026
60
21:20 / 18 Avqust 2026
70
21:16 / 18 Avqust 2026
55
20:34 / 18 Avqust 2026
64
20:08 / 18 Avqust 2026
71
19:50 / 18 Avqust 2026
73
19:45 / 18 Avqust 2026
135
19:19 / 18 Avqust 2026
67
19:07 / 18 Avqust 2026
81
18:38 / 18 Avqust 2026
142
18:17 / 18 Avqust 2026
83
18:06 / 18 Avqust 2026
100
17:55 / 18 Avqust 2026
95
17:40 / 18 Avqust 2026
105
17:25 / 18 Avqust 2026
106
17:10 / 18 Avqust 2026
102
16:51 / 18 Avqust 2026
72
16:45 / 18 Avqust 2026
133
16:30 / 18 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.