Azərbaycanda ağır qəza: ölən və yaralı var
18 Avqust 2026, 21:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1289
19.06.2025, 12:33
Bu gün mərhum rejissor Oqtay Əliyevin doğum günüdür.
Oxu24.com xəbər verir ki, Oqtay Əliyev (Oqtay Əliyev Vidadi oğlu) 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub.
1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbi bitirib.
1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kino və dram rejissoru" fakültəsində təhsil alıb.
1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib.
1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb.
1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.
1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb.
1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub.
1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verilişlərinin müəllifi və baş prodüseri olub.
1998-ci il oktyabr ayının 5-də "SOY" production şirkətinin təsisçisi və prezidenti olub."Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanıb.
Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzası nəticəsində dünyasını dəyişib. Oqtay Əliyevin idarə etdiyi "Lexus LX 470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər almışdı.
Miri
22:36 / 18 Avqust 2026
9
22:02 / 18 Avqust 2026
40
21:50 / 18 Avqust 2026
43
21:29 / 18 Avqust 2026
42
21:21 / 18 Avqust 2026
60
21:20 / 18 Avqust 2026
70
21:16 / 18 Avqust 2026
55
20:34 / 18 Avqust 2026
64
20:08 / 18 Avqust 2026
71
19:50 / 18 Avqust 2026
73
19:45 / 18 Avqust 2026
135
19:19 / 18 Avqust 2026
67
19:07 / 18 Avqust 2026
81
18:38 / 18 Avqust 2026
142
18:17 / 18 Avqust 2026
83
18:06 / 18 Avqust 2026
100
17:55 / 18 Avqust 2026
95
17:40 / 18 Avqust 2026
105
17:25 / 18 Avqust 2026
106
17:10 / 18 Avqust 2026
102
16:51 / 18 Avqust 2026
72
16:45 / 18 Avqust 2026
133
16:30 / 18 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.