Qızıl alarkən bunlara diqqət etmək lazımdır
18 Avqust 2026, 22:48
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
231
19.06.2025, 09:53
Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün illərdir duz istehlakını azaltmaq məsləhət görülür. Lakin Kanadada aparılan yeni araşdırma bu yanaşmanın təkbaşına kifayət etmədiyini ortaya çıxarıb.
Oxu24.com xəbər verir ki, Vaterloo Universitetindən professor Anita Laytonun rəhbərlik etdiyi tədqiqat nəticəsində məlum olub: kaliumla zəngin qidaların qəbulu qan təzyiqinə duzun azaldılmasından daha effektiv təsir göstərə bilər.
Böyük Britaniyanın "The Mirror" nəşrində yayımlanan xəbərdə qeyd olunur ki, banan, brokoli, kartof, avokado və ispanaq kimi məhsulların gündəlik rasiona daxil edilməsi qan təzyiqini sabit saxlamaqda mühüm rol oynayır. Bu məhsullar orqanizmdə artıq natriumun atılmasına və təzyiqin aşağı düşməsinə səbəb olur.
Tədqiqatçılar bildirir ki, yüksək təzyiqlə mübarizədə kalium və natrium arasında tarazlıq əsas faktorlardan biridir. Əksinə, işlənmiş qidalar, fast-food məhsulları, pizza və çörək isə yüksək miqdarda natrium tərkibli olduğundan təzyiqi artırır.
Mütəxəssislər həm kaliumla zəngin qidaların qəbulunu artırmağı, həm də natriumun (duzun) miqdarını azaldaraq balanslı qidalanmanı tövsiyə edirlər. Araşdırma nəticələri göstərir ki, bu iki amilin birlikdə tənzimlənməsi yüksək qan təzyiqinin qarşısını almaqda daha effektiv ola bilər.
23:51 / 18 Avqust 2026
1
23:16 / 18 Avqust 2026
46
22:48 / 18 Avqust 2026
42
22:48 / 18 Avqust 2026
51
22:36 / 18 Avqust 2026
66
22:02 / 18 Avqust 2026
68
21:50 / 18 Avqust 2026
70
21:29 / 18 Avqust 2026
64
21:21 / 18 Avqust 2026
76
21:20 / 18 Avqust 2026
83
21:16 / 18 Avqust 2026
79
20:34 / 18 Avqust 2026
69
20:08 / 18 Avqust 2026
78
19:50 / 18 Avqust 2026
75
19:45 / 18 Avqust 2026
138
19:19 / 18 Avqust 2026
67
19:07 / 18 Avqust 2026
86
18:38 / 18 Avqust 2026
142
18:17 / 18 Avqust 2026
83
18:06 / 18 Avqust 2026
102
17:55 / 18 Avqust 2026
97
17:40 / 18 Avqust 2026
108
17:25 / 18 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.