Ağdaş və Göyçayda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq
19 Avqust 2026, 00:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
305
18.06.2025, 22:35
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 1 iyun 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Oxu24.com -un məlumatına görə, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Əliyev Mirağa İxtiyar oğlu və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu İsmayılov Alı Vəfadar oğlu göstərib. İsmayılov Alı Vəfadar oğlu hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.
İmtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əliyeva Fidan Ayaz qızı, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif Pərviz oğlu, Xaçmaz rayon 8 saylı şəhər orta məktəbinin məzunu Əliyeva Ləman Vasif qızı, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Babayev Anar Qurban oğlu, Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Xəlilova Aylin Rauf qızı göstərib. Xəlilova Aylin Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (697.5 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 297.5 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
00:29 / 19 Avqust 2026
29
23:51 / 18 Avqust 2026
53
23:16 / 18 Avqust 2026
60
22:48 / 18 Avqust 2026
54
22:48 / 18 Avqust 2026
55
22:36 / 18 Avqust 2026
78
22:02 / 18 Avqust 2026
76
21:50 / 18 Avqust 2026
80
21:29 / 18 Avqust 2026
73
21:21 / 18 Avqust 2026
84
21:20 / 18 Avqust 2026
91
21:16 / 18 Avqust 2026
83
20:34 / 18 Avqust 2026
75
20:08 / 18 Avqust 2026
79
19:50 / 18 Avqust 2026
79
19:45 / 18 Avqust 2026
140
19:19 / 18 Avqust 2026
69
19:07 / 18 Avqust 2026
89
18:38 / 18 Avqust 2026
146
18:17 / 18 Avqust 2026
86
18:06 / 18 Avqust 2026
102
17:55 / 18 Avqust 2026
99
17:40 / 18 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.