Ağdaş və Göyçayda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq
19 Avqust 2026, 00:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
240
17.06.2025, 20:59
ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər.
Oxu24.com xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhlil edərək belə nəticəyə gəliblər: gündə 2-3 fincan az şəkərli qəhvə içənlərin vaxtsız ölüm riski 17 faizədək azalır.
Araşdırmada iştirak edənlərin təxminən 11 illik həyat göstəriciləri öyrənilib. Bu müddətdə 7 minə yaxın ölüm halı qeydə alınıb. Məlum olub ki, şəkərsiz və krem əlavə olunmayan qəhvə içənlər daha uzun ömür sürür. Əksinə, içkiyə çoxlu şəkər və doymuş yağ (krem, şirin siroplar və s.) qatılan hallarda qəhvənin sağlamlığa təsiri tamamilə yoxa çıxır.
Alimlər onu da vurğulayıblar ki, əsas fayda yalnız kofeinli qəhvədə müşahidə olunub. Kofeinsiz qəhvənin bu baxımdan heç bir təsiri aşkarlanmayıb.
Qara qəhvə antioksidant və iltihabəleyhinə təsirlərə malik maddələr - xlorogen turşusu və polifenollarla zəngindir. Bunlar orqanizmdə maddələr mübadiləsini sürətləndirə, insulinin işləmə qabiliyyətini artıra bilər.
Maraqlıdır ki, çay içən insanlar arasında bu müsbət təsir müşahidə edilməyib. Araşdırmanın müəllifləri bunun səbəbini izah etməyiblər.
Mütəxəssislər bildirirlər ki, sadə, şəkərsiz və kofeinli qəhvə ən faydalı seçimdir. Hazır qəhvə dükanlarında satılan içkilərin çoxu isə yüksək şəkər və yağ tərkibli olduğu üçün bu faydaları tamamilə puç edə bilər.
Tədqiqat ABŞ Milli Səhiyyə İnstitutunun dəstəyi ilə aparılıb və nəticələr "The Journal of Nutrition" elmi jurnalında dərc olunub.
00:29 / 19 Avqust 2026
29
23:51 / 18 Avqust 2026
53
23:16 / 18 Avqust 2026
60
22:48 / 18 Avqust 2026
54
22:48 / 18 Avqust 2026
55
22:36 / 18 Avqust 2026
78
22:02 / 18 Avqust 2026
76
21:50 / 18 Avqust 2026
80
21:29 / 18 Avqust 2026
73
21:21 / 18 Avqust 2026
84
21:20 / 18 Avqust 2026
91
21:16 / 18 Avqust 2026
83
20:34 / 18 Avqust 2026
75
20:08 / 18 Avqust 2026
79
19:50 / 18 Avqust 2026
79
19:45 / 18 Avqust 2026
140
19:19 / 18 Avqust 2026
69
19:07 / 18 Avqust 2026
89
18:38 / 18 Avqust 2026
146
18:17 / 18 Avqust 2026
86
18:06 / 18 Avqust 2026
102
17:55 / 18 Avqust 2026
99
17:40 / 18 Avqust 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.