Ağdaş və Göyçayda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq
19 Avqust 2026, 00:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
509
15.06.2025, 10:25
Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Oxu24.com FHN-dən məlumat verilib.
Qeyd olunub ki, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır:
“Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Həmçinin, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”.
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.