Ağdaş və Göyçayda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq
19 Avqust 2026, 00:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
209
13.06.2025, 11:53
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin yaratdığı “SİMA KYC” rəqəmsal həlli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal məhsulu olan “digital.login” vahid giriş sisteminə inteqrasiya edilib.
Artıq digital.login-də qeydiyyatdan keçən yeni istifadəçilərin müraciətlərini SİMA KYC anında təsdiqləyəcək. Belə ki, digital.login.gov.az saytında identifikasiya nömrəsi ilə qeydiyyat zamanı vətəndaş ilkin olaraq şəxsiyyət vəsiqəsinin FİN kod və seriya nömrəsini daxil edir, ardınca vətəndaşın üzünün video qeydiyyatı aparılır, daha sonra şəxsiyyət vəsiqəsinin şəkli yüklənilir. Bundan sonra müraciət “SİMA KYC” rəqəmsal həlli ilə verifikasiya (üztanıma testi) aparılır.
Bununla da “digital.login”də videoqeydiyyat prosesində “SİMA KYC”nin süni intellekt texnologiyası tətbiq olunmaqla, vətəndaş müraciətlərinin anında cavablandırılması təmin edilir.
İnteqrasiyanın məqsədi “digital.login” sistemində vətəndaşların şəxsi kabinetlərinin təhlükəsizliyinin artırılması, eləcə də vətəndaş məmnuniyyətinin təmin edilməsidir.
“SİMA KYC” qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. “SİMA KYC” ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Xatırladaq ki, əlavə olaraq “digital.login” vahid giriş sisteminə SİMA yeni nəsil rəqəmsal imza ilə də daxil olmaq mümkündür. Bunun üçün “SİMA İmza” tətbiqini smartfona yükləmək və qeydiyyatdan keçmək kifayətdir.
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.