Ağdaş və Göyçayda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq
19 Avqust 2026, 00:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
306
12.06.2025, 17:03
Azərbaycana bu il içində milyonlarla həşərat idxal olunub. Sözün həqiqi mənasında milyonlarla. Rəsmi məlumatlara görə, ölkəyə 8 milyon 509 mindən çox həşərat gətirilib və bu rəqəm istər adi vətəndaşlarda, istərsə də ekspertlər arasında ciddi maraq doğurub. Ən maraqlısı isə odur ki, idxalın təxminən 95 faizi Rusiyanın payına düşür. Bu "həşərat ticarəti"nə Mərakeş və Belçika da az töhfə verməyib.
Bəs bu qədər həşərat ölkəyə nə üçün gətirilib?
Məsələ ilə bağlı zooloq Barat Əhmədov bildirib ki, bu müxtəlif məqsədlərə görə istifadə oluna bilər:
"Məsələn, fermerlər üçün məhsullarını zərərvericilərdən qorumaq üçün bioloji məqsədlərə görə istifadə edə bilərlər. Digər versiya isə istixanalarda yetişdirilən bitkilərin tozlandırılması üçün istifadə oluna bilər. Tozlanma nə qədər yüksək olarsa, mayalanma da o qədər effektiv ola bilər".
Qərbi Afrika, Çin və Yaponiya kimi ölkələrdə həşəratların yemək menyusunda yer alması artıq uzun illərin təcrübəsidir.
Bəs görəsən Azərbaycanda da "həşərat mətbəxi" dövrü başlayıb?
Məsələ ilə bağlı AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, bu faydalı həşərat və orqanizmlər elmi-tədqiqat, kənd təsərrüfatı və təbii ekosistemlərdə zərərvericilərə qarşı mübarizə aparmaq və ətraf mühitin sağlamlığının qorunması məqsədilə istifadə olunur:
"Bioloji mübarizə məqsədilə istifadə edilən bu həşəratların üstünlükləri ondan ibarətdir ki, kimyəvi mübarizədən fərqli olaraq bitkilərə qalıcı təsir göstərmir, ekoloji zərər vermir, torpağın münbitliyi qorunduğu üçün növbəti illərdə məhsuldarlıq artır. Bundan əlavə, ixrac üçün yetişdirilən məhsullarda pestisid qalığı riski sıfıra yaxın olur".
Bəs bu qədər həşaratları ölkəyə gətirən kimdir?
Sualımıza cavab olaraq Gömrük Komitəsindən bildirildi ki, məsələ kommersiya sirri olduğu üçün heç bir məlumat verilə bilməz.**Milli.Az
00:29 / 19 Avqust 2026
58
23:51 / 18 Avqust 2026
77
23:16 / 18 Avqust 2026
88
22:48 / 18 Avqust 2026
64
22:48 / 18 Avqust 2026
68
22:36 / 18 Avqust 2026
107
22:02 / 18 Avqust 2026
102
21:50 / 18 Avqust 2026
104
21:29 / 18 Avqust 2026
103
21:21 / 18 Avqust 2026
109
21:20 / 18 Avqust 2026
120
21:16 / 18 Avqust 2026
107
20:34 / 18 Avqust 2026
82
20:08 / 18 Avqust 2026
83
19:50 / 18 Avqust 2026
84
19:45 / 18 Avqust 2026
142
19:19 / 18 Avqust 2026
76
19:07 / 18 Avqust 2026
105
18:38 / 18 Avqust 2026
151
18:17 / 18 Avqust 2026
90
18:06 / 18 Avqust 2026
118
17:55 / 18 Avqust 2026
106
17:40 / 18 Avqust 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.