Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
19 Avqust 2026, 08:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1616
11.06.2025, 21:29
Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyib.
Rövşən İsmayılov bildirib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil: “Sabit tarif xərc əsaslı metodologiyanın tarif elementlərindən biridir. Sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementini yaratmaqla maliyyə yükünü artırmaq deyil. Belə ki, bu, özü-özlüyündə metodoloji yanaşmaya zidd olar. Çünki təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Bu, belə olduğuna görə hər hansı tarif elementlərinin tətbiqi bu və ya digər formada icazə verilən tarif xərclərini artıra bilməz. Bu baxımından sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin xarakteri baxımından, yəni sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır. Məsələn, iki abonentimiz var. Onlardan birinin bir, digərinin iki mənzili var, istehlak səviyyəsi eynidir və buna görə də bu günə olan istehlak tarifi üzərindən baxdıqda, bir və iki mənzili olan abonent eyni həcmdə ödəniş aparır. Çünki hər ikisinin istehlakı eynidir. Beləliklə, dolayısı ilə üç mənzilin infrastruktur xərcləri iki abonent arasında bölüşdürülür. Bu məsələdə biz bölgünü daha ədalətli şəkildə təmin etməyi sabit tarif tətbiqində görürük. Çünki sabit tarif elementin tətbiqi, sabit xərclər bilavasitə aidiyyəti abonentlərə aid edilmiş olacaq. Bu, beynəlxalq təcrübədə tətbiq olunan sistemdir. Sabit tarifin təsərrüfat subyektlərinə və əhaliyə eyni şəkildə tətbiqi nəzərdə tutulmur. İstehlak tarifləri necə tənzimlənirsə, sabit tarif də elə tənzimlənəcək”.
Qeyd edək ki, “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
“Qaz təchizatı haqqında” yeni qanun layihəsində də sabit tarifin tətbiqi nəzərdə tutulur. Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
08:59 / 19 Avqust 2026
8
08:51 / 19 Avqust 2026
13
00:29 / 19 Avqust 2026
66
23:51 / 18 Avqust 2026
87
23:16 / 18 Avqust 2026
115
22:48 / 18 Avqust 2026
72
22:48 / 18 Avqust 2026
77
22:36 / 18 Avqust 2026
133
22:02 / 18 Avqust 2026
127
21:50 / 18 Avqust 2026
132
21:29 / 18 Avqust 2026
126
21:21 / 18 Avqust 2026
136
21:20 / 18 Avqust 2026
148
21:16 / 18 Avqust 2026
118
20:34 / 18 Avqust 2026
98
20:08 / 18 Avqust 2026
90
19:50 / 18 Avqust 2026
93
19:45 / 18 Avqust 2026
151
19:19 / 18 Avqust 2026
84
19:07 / 18 Avqust 2026
114
18:38 / 18 Avqust 2026
158
18:17 / 18 Avqust 2026
96
18:06 / 18 Avqust 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.