Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 2026, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
380
10.06.2025, 15:22
Bakının tarixi nəfəsini daşıyan Daş Salnamə Muzeyində keçirilən “Siluet və Güllər” adlı tədbir, modanın incəsənətlə, incəsənətin isə güllərlə qovuşduğu unikal estetik platformaya çevrildi. Misra Production-un təşkilatçılığı, Akhad Azərbaycan və florist Yusif Xəlilovun təşəbbüsü ilə gerçəkləşən bu tədbir, iştirakçılara həm vizual, həm də emosional baxımdan yaddaqalan bir axşam bəxş etdi.
Oxu24.com xəbər verir ki, gecənin əsas məqsədi florist Yusif Xəlilovun unikal əl işlərini və dizayner Lala Akhadın yeni moda kolleksiyasını təqdim etmək idi. Floristin “THE LAST HUMAN #9” adlı son işi ilk dəfə olaraq məhz bu tədbirdə Azərbaycan tamaşaçısına təqdim olundu. Həmçinin, onun məşhur brilliant buketinin replikası da ilk dəfə məhz bu məkanda sərgiləndi.
Gecədə nümayiş olunan geyimlər yalnız zərif siluetləri ilə deyil, güllərdən ilhamlanan incə işləmələri ilə də diqqət çəkdi. Hər bir model qadın zərifliyini və daxili gücünü vizual dildə ifadə edirdi. Xüsusi olaraq minlərlə təbii güldən hazırlanan florist əsərləri məkanı bir sənət qalereyasına çevirdi. Hər gül seçimi, rəng ahəngi və düzülüş ustalıqla işlənmişdi. Bu kompozisiyalar Misra Production-un incəsənətə və detala verdiyi önəmi də aydın şəkildə nümayiş etdirdi.
Tədbirin floristikasında istifadə olunan bütün güllər Azerbaijan Flowers Company tərəfindən təmin olunmuş, məkanın hər guşəsi canlı və duyğusal bir sənət əsərinə çevrilmişdi.
Podiumda nümayiş olunan kolleksiya özündə həm estetik zərifliyi, həm də emosional dərinliyi daşıyırdı. Geyimlərin hər detalı güllərlə tamamlanmış, formalar isə qadın gözəlliyini incəliklə vurğulamışdı. Tədbirin dekorasiyasında güllər yalnız aksesuar kimi deyil, konseptual ifadə vasitəsi kimi çıxış edirdi məkan poetik bir səhnəyə çevrilmişdi.
Gecəyə canlı musiqilər rəng qatdı. Keçirilən moda nümayişi isə tamaşaçılara estetik zövqün və peşəkar yanaşmanın vəhdətini yaşatdı.
Tədbirin baş sponsoru olan AA Food, bu mədəni layihənin yüksək səviyyədə keçirilməsinə öz dəstəyini göstərdi.
“Siluet və Güllər” sadəcə bir moda nümayişi deyil, qadın yaradıcılığının, estetik baxışın və sənət sevgisinin təntənəsi kimi yadda qaldı.
Qeyd edək ki, Yusif Xəlilov dünyanın ən bahalı buketinin müəllifidir. Onun brilliantlarla hazırladığı buketin qiyməti isə, 1.7 milyon dollar olub.



10:40 / 19 Avqust 2026
15
10:31 / 19 Avqust 2026
28
10:27 / 19 Avqust 2026
32
10:15 / 19 Avqust 2026
37
10:09 / 19 Avqust 2026
46
09:58 / 19 Avqust 2026
47
09:37 / 19 Avqust 2026
53
09:25 / 19 Avqust 2026
54
09:12 / 19 Avqust 2026
62
09:09 / 19 Avqust 2026
60
08:59 / 19 Avqust 2026
71
08:51 / 19 Avqust 2026
62
00:29 / 19 Avqust 2026
70
23:51 / 18 Avqust 2026
93
23:16 / 18 Avqust 2026
129
22:48 / 18 Avqust 2026
76
22:48 / 18 Avqust 2026
80
22:36 / 18 Avqust 2026
146
22:02 / 18 Avqust 2026
136
21:50 / 18 Avqust 2026
137
21:29 / 18 Avqust 2026
131
21:21 / 18 Avqust 2026
143
21:20 / 18 Avqust 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.