Səhlab Bağırova ağır itki üz verdi
19 Avqust 2026, 10:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1373
10.06.2025, 12:50
Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması məsələsi hələ də öz aktuallığını qoruyur. Prezidentin müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə bu sahədə təkliflərin hazırlanması üçün müəyyən müddət verilsə də, artımların dəqiq vaxtı və məbləği hələ ki açıqlanmayıb.
"Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə Nazirlər Kabinetinə bu sahədə təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi. Bu müddət mart ayında başa çatıb və güman edilir ki, təkliflər artıq təqdim olunub".
Oxu24.com xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov modern.az-a açıqlamasında bildirib:
"Qeyd edilməlidir ki, 3 aylıq müddət artımın tətbiqi üçün deyil, yalnız təkliflərin hazırlanması üçün nəzərdə tutulub. Təkliflər hazırlandıqdan sonra onların razılaşdırılması və maliyyə yükünün hesablanması həyata keçirilib. Artıq bu mərhələlərin də başa çatdığı ehtimal olunur və yaxın vaxtlarda rəsmi qərarın verilməsi gözlənilir".
Millət vəkilinin sözlərinə görə, artımların konkret hansı sosial qrupları əhatə edəcəyi sənəd imzalandıqdan sonra məlum olacaq:
"Milli Məclis üzvləri tərəfindən xüsusi olaraq bəzi sosial müavinətlərin artırılması təklif edilib. Bu istiqamətdə atılacaq addımlar sosial siyasətin prioritet istiqaməti olaraq dəyərləndirilir və cənab Prezidentin sərəncamı da bir daha təsdiq edir ki, biz yaxın zamanlarda bu istiqamətdə addımların atılmasını müşahidə edəcəyik".
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, sosial müavinətlərin artırılması ilə bağlı gecikmənin əsas səbəbi dövlət büdcəsinin parametrlərinə yenidən baxılması ilə bağlıdır:
"Hazırda Milli Məclisdə növbədənkənar sessiya keçirilir. Gözlənilir ki, parlament ya bu, ya da gələn həftə büdcəyə dəyişiklikləri müzakirə edəcək. Büdcə dəyişiklikləri təsdiqləndikdən sonra isə həssas sosial qrupların müavinətlərinin artırılması ilə bağlı qərar verilə bilər".
Ekspert Qarabağ müharibəsi veteranlarına verilən ödənişlərin artırılmasının da gözlənildiyini vurğulayıb:
"Hazırda onlara ödənilən 80 manat məbləğinin artırılması gündəmdədir. Bununla yanaşı, ölkədə təqribən 500 minə yaxın müxtəlif növ sosial müavinət alanlar - əlilliyi olan şəxslər, sosial müdafiəsi zəif təbəqələr və digər qruplar üzrə də artımlar gözlənilir".
11:09 / 19 Avqust 2026
21
11:07 / 19 Avqust 2026
26
10:52 / 19 Avqust 2026
24
10:40 / 19 Avqust 2026
41
10:31 / 19 Avqust 2026
49
10:27 / 19 Avqust 2026
49
10:15 / 19 Avqust 2026
53
10:09 / 19 Avqust 2026
66
09:58 / 19 Avqust 2026
61
09:37 / 19 Avqust 2026
69
09:25 / 19 Avqust 2026
69
09:12 / 19 Avqust 2026
69
09:09 / 19 Avqust 2026
65
08:59 / 19 Avqust 2026
82
08:51 / 19 Avqust 2026
68
00:29 / 19 Avqust 2026
71
23:51 / 18 Avqust 2026
95
23:16 / 18 Avqust 2026
129
22:48 / 18 Avqust 2026
76
22:48 / 18 Avqust 2026
80
22:36 / 18 Avqust 2026
146
22:02 / 18 Avqust 2026
137
21:50 / 18 Avqust 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.