Sabah 38° isti olacaq
19 Avqust 2026, 13:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2479
08.06.2025, 09:31
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda yerləşən “Sabunçu bazarı” ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu24.com-un xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bazar ərazisində ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 130 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan “MERCEDES” markalı minik avtomobili, ümumi sahəsi 100 m² olan kafenin və hər birinin sahəsi 10 m² olan kişi bərbərxanasının, avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları ümumilikdə 250 m² sahədə yanıb.
Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.
13:45 / 19 Avqust 2026
24
13:37 / 19 Avqust 2026
33
13:30 / 19 Avqust 2026
36
13:10 / 19 Avqust 2026
44
13:06 / 19 Avqust 2026
48
12:59 / 19 Avqust 2026
46
12:52 / 19 Avqust 2026
236
12:49 / 19 Avqust 2026
210
12:45 / 19 Avqust 2026
68
12:38 / 19 Avqust 2026
68
12:32 / 19 Avqust 2026
94
12:30 / 19 Avqust 2026
59
12:16 / 19 Avqust 2026
57
12:01 / 19 Avqust 2026
69
11:52 / 19 Avqust 2026
70
11:49 / 19 Avqust 2026
73
11:27 / 19 Avqust 2026
71
11:13 / 19 Avqust 2026
68
11:09 / 19 Avqust 2026
83
11:07 / 19 Avqust 2026
78
10:52 / 19 Avqust 2026
78
10:40 / 19 Avqust 2026
69
10:31 / 19 Avqust 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.