Sabah 38° isti olacaq
19 Avqust 2026, 13:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
765
07.06.2025, 22:04
Azərbaycanın rayonlarında bayram günlərində ağır qəzalar baş verib.
Cəlilabadda baş verən qəzada xəsarət alanların kimliyi və vəziyyətləri məlum olub.
Oxu24.com-un xəbərinə görə, Cəlilabad rayonunda "Ford" markalı nəqliyyat vasitəsinin kanala aşması nəticəsində 5 nəfər - 1978-ccii il təvəllüdlü Elnur İsayev, 1982-ci il təvəllüdlü Günay İsayeva, 2006-cı il təvəllüdlü Nurlanə İsayeva, 2010-cu il təvəllüdlü E.İsayeva və 1992-ci il təvəllüdlü İqbal İsayev xəsarət alıblar.
Xəstəxanadan APA-ya bildirilib ki, iyunun 7-də saat 11:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərin hazırki vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Digər qəza isə Gəncədə baş verib.
"Mercedes", "Chevrolet" və daha iki minik avtomobili toqquşub.
Qəzada 1976-cı il təvəllüdlü A.Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
***
Qaxda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəzada Abşeron rayon sakinləri - 1986-cı il təvəllüdlü Mehman Abdullayev, onun həyat yoldaşı Şəbnəm Abdullayeva, onların övladları - 2013-cü il təvəllüdlü İ.Abdulla və 2016-cı il təvəllüdlü Ö.Abdulla, Qaxın Turaclı kənd sakinləri 1986-cı il təvəllüdlü Şahlar Bəşirov və qardaşı 1988-ci il təvəllüdlü Yasin xəsarət alıb.
12 yaşlı A.İbrahim Qax xəstəxanasında əməliyyat olunub. Mehman Abdullayev və xəsarət alan digər övladı Zaqatala xəstəxanasına göndəriliblər.
***
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Böyük Şor gölü yaxınlığında qeydə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, "Mercedes" və "Volskwagen" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır.
13:45 / 19 Avqust 2026
24
13:37 / 19 Avqust 2026
33
13:30 / 19 Avqust 2026
36
13:10 / 19 Avqust 2026
44
13:06 / 19 Avqust 2026
48
12:59 / 19 Avqust 2026
46
12:52 / 19 Avqust 2026
236
12:49 / 19 Avqust 2026
210
12:45 / 19 Avqust 2026
68
12:38 / 19 Avqust 2026
68
12:32 / 19 Avqust 2026
94
12:30 / 19 Avqust 2026
59
12:16 / 19 Avqust 2026
57
12:01 / 19 Avqust 2026
69
11:52 / 19 Avqust 2026
70
11:49 / 19 Avqust 2026
73
11:27 / 19 Avqust 2026
71
11:13 / 19 Avqust 2026
68
11:09 / 19 Avqust 2026
83
11:07 / 19 Avqust 2026
78
10:52 / 19 Avqust 2026
78
10:40 / 19 Avqust 2026
69
10:31 / 19 Avqust 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.