Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
249
14.05.2025, 15:14
Ötən gün baş prokurorun müavini - hərbi prokuror təyin edilmiş Bəhruz Əhmədov baş prokuror Kamran Əliyev tərəfindən Hərbi Prokurorluğun kollektivinə təqdim edilib.
Oxu24.com xəbər verir ki, tədbirdə çıxış edən Kamran Əliyev prokurorluq orqanlarına göstərilən yüksək etimada, daima olan diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq islahatlarının mütərəqqi nəticələrini qeyd edib, bu islahatların prokurorluq orqanlarında daha da dərinləşdiyini və prokurorluq fəaliyyətinin təkmilləşdiyini vurğulayıb.
Baş prokuror, həmçinin Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlərin icrasının davam etdirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədilə zəruri tədbirlərin görülməsi, Konstitusiya və qanunlarla nəzərdə tutulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsi, eləcə də bu sahədə digər dövlət qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Bundan sonra çıxış edən hərbi prokuror Bəhruz Əhmədov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edərək qanunla Hərbi Prokurorluq orqanlarının üzərinə qoyulmuş vəzifələrin layiqli şəkildə icra ediləcəyinə əminliyini bildirib. Hərbi Prokurorluğun bundan sonra da dövlətimiz və xalqımıza sədaqət və məsuliyyətlə xidmət edəcəyini deyib.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.