Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
234
14.05.2025, 11:59
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulovanın Qırğızıstana işgüzar səfəri çərçivəsində Jusup Balasaqunı adına Qırğız Milli Universiteti nəzdində fəaliyyət göstərən Türk İrsi Mərkəzinə müasir multimedia avadanlıqlarının verilməsi münasibətilə rəsmi mərasim keçirilib.
Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, ümumi dəyəri 2 milyon Qırğızıstan somu olan avadanlıq Türk Mədəniyyəti və İrsi Fondunun türk dövlətlərində Mədəni İrs Mərkəzlərinin yaradılması proqramı çərçivəsində Fondun Prezidenti Aktotı Raimkulova tərəfindən təqdim olunub.
Çıxışında Aktotı Raimkulova Türk İrsi Mərkəzinin türk dünyasının zəngin tariximədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm bir platforma olduğunu vurğulayıb:
“Fond türk xalqları arasında mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən qurumları ardıcıl şəkildə dəstəkləyir. Əminik ki, təqdim edilən bu avadanlıq Mərkəzin elmi və təhsil yönümlü genişmiqyaslı layihələrinin həyata keçirilməsində effektiv vasitə olacaq”.
J. Balasaqun adına Qırğız Milli Universitetinin rektoru göstərilən səxavətli dəstəyə görə dərin təşəkkürünü ifadə edərək bildirib ki, təqdim olunan texniki avadanlıq tədqiqatların rəqəmsallaşdırılması, universitetlərarası əməkdaşlıq və beynəlxalq tədbirlərin təşkili üçün yeni imkan yaradacaq.
Qeyd edək ki, analoji Türk İrsi Mərkəzləri artıq Əl Farabi adına Qazax Milli Universitetində, Qazax Milli Memarlıq və İnşaat Akademiyasında, habelə Kurmanqazı adına Qazax Milli Konservatoriyasında fəaliyyətə başlayıb.
Yaxın vaxtlarda Azərbaycanda, Türkiyədə və Polşada da belə mərkəzlərin açılması nəzərdə tutulur.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.