Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
174
13.05.2025, 11:32
Qırğızıstanın paytaxtı Bişkek şəhərində böyük qırğız şairi Alıkul Osmonovun anadan olmasının 110 illiyinə həsr olunmuş "Alıkul Osmonovun Poeziya Dünyası" adlı Beynəlxalq Forum keçirilir. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova forumda iştirak edib.
Oxu24.com xəbər verir ki, görkəmli qırğız şairi Alıkul Osmonovun anadan olmasının110 illiyinə həsr olunmuş bu forum, müasir qırğız poeziyasının banilərindən biri olan şairin yaradıcılığının elmi-akademik müstəvidə təbliği və tədqiqi məqsədilə mühüm bir tədbir kimi təşkil olunub.
Forum çərçivəsində Aktotı Raimkulova açılış nitqi ilə çıxış edərək Alıkul Osmonovun poetik irsinin bütün türk sivilizasiyası üçün əhəmiyyətini vurğulayıb, 2024-cü ildə Fond tərəfindən Bişkek şəhərində Alıkul Osmonovun ev-muzeyinin bərpası və muzeyləşdirilməsi layihəsinin uğurla icra olunduğunu qeyd edib. O, həmçinin Fondun türkmədəniyyəti, ədəbi irs və mədəniyyətlərarası əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi əsas təşəbbüsləri forum iştirakçılarına təqdim edib.
Forum Qırğızıstanın elmi, siyasi və mədəni qurum nümayəndələrini bir araya gətirib. Tədbirin fəxri qonağı Qırğız Respublikasının Dövlət katibi Suyunbək Kasmambetov olub.
12 may 2025-ci il tarixində Alıkul Osmonovun adını daşıyan ev-muzeyində yerləşən büstü önündə təntənəli gülqoyma mərasimi keçirilib.
Mərasimdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Qırğız Respublikası Dövlət katibi Suyunbek Kasmambetov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin və Bişkek şəhər meri aparatının yüksək vəzifəli nümayəndələri, həmçinin digər qonaqlar iştirak ediblər.
Ziyarət zamanı qonaqlar Alıkul Osmonovun həyat və yaradıcılığını əks etdirən, unikal əlyazmalar, şairin şəxsi əşyaları və nadir arxiv materiallarını özündə cəmləyən yenilənmiş ekspozisiya ilə tanış olublar.
Muzey infrastrukturunun müasir standartlara uyğun: multimediya və ekspoziyalı yaradılması klassik qırğız poeziya irsinin gənc nəslə və xarici ziyarətçilərə daha təsirli şəkildə təqdim edilməsinə imkan verir.
Aktotı Raimkulova öz çıxışında vurğulayıb: “Alıkul Osmonovun ev-muzeyi sadəcə mədəni obyekt deyil, xalqın tarixi yaddaşı ilə canlı təmas nöqtəsidir. Fondun bu məkanı yeniləməyə töhfə verməsi ilə qürur duyuruq, çünki məhz bu cür məkanlar gənc nəslə milli irsə hörmət və varislik hissini aşılayır.”
Ziyarət çərçivəsində Qırğız Respublikasının Dövlət katibi ev-muzeyin Fəxri Qonaqlar Kitabına ürək sözlərini qeyd edib.
Muzeyin yenidən qurulması şəhərin infrastukturunun inkişafında və ədəbi-tarixi abidələrin dəstəklənərək mədəni əlaqələrin möhkəmlənməsində mühüm addım olub. Xatırladaq ki, bu, Fondun ilk genişmiqyaslı restavrasiya layihəsidir.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.