Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
928
13.05.2025, 19:42
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) 2 yeni təyinat olub.
Bu barədə AZCON-dan məlumat verilib.
Bildirilir ki, Orxan Madar oğlu Quliyev AZCON-da baş texnologiya və rəqəmsallaşma inzibatçısı - Rəqəmsal transformasiya departamentinin direktoru, Emil Alıxan oğlu Pənahov isə baş təchizat zənciri inzibatçısı - Təchizat zəncirinin idarəolunması departamentinin direktoru vəzifəsinə təyin edilib.
Orxan Quliyev 10 fevral 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya texnologiyaları və rabitə idarəsində başlayıb. 2018-2024-cü illərdə “SOCAR Caspian İnnovation Center” MMC-də çalışıb və 2022-ci ildən etibarən baş əməliyyatlar direktoru vəzifəsini icra edib. Bakı Ali Neft Məktəbinin müəllimidir. O, 2021-ci ildə keçirilmiş birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.
O.Quliyev 1989-cu ildə anadan olub. O, SOCAR-ın Xarici Təqaüd Proqramının qalibi kimi Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistratura təhsili alıb.
Emil Pənahov bu təyinatadək, 2022-2025-ci illərdə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsində çalışıb. O, əmək fəaliyyətinə 2004-cü ildə BP şirkətində başlayıb. 2007-2012-ci illərdə “Paşa İnşaat” şirkətində Təchizat üzrə menecer kimi çalışıb.
2012-2022-ci illərdə “North West Construction” şirkətində Təchizat zəncirinin idarəolunması departamentinin direktoru, 2017-2022-ci illərdə “North West Construction” şirkətinin idarə heyətinin üzvü və şirkətin Monteneqro üzrə ölkə direktoru kimi fəaliyyət göstərib.
E.Pənahov 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi kimya üzrə bakalavr təhsili alıb. Avropanın təchizat üzrə ixtisaslaşmış universitetlərinin bir çox təlimlərindən keçərək sertifikatlar əldə edib.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.