Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1792
13.05.2025, 13:46
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.
Oxu24.com Bakupost.az-a istinadən xəbər verir ki, 49 yaşlı hakim ötən gün infarkt keçirərək xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bu gün o, Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
Mərhumun yaxınlarının verdiyi məlumata görə, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. 1992-ci ildə Ankara Universitetinə daxil olan S.Əliyev daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib.
Samir Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün xüsusilə ağır olub. Belə ki, qızının diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.
Maraqlıdır ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanalardan birində ümumi check-up müayinəsindən keçib. Ürək damarları, exo, stress-test də daxil olmaqla bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, bu gün səhər saatlarında qəfil infarkt keçirərək vəfat edib.
Onun yaxınları bildirir ki, bu faciə ailə üçün gözlənilməz olub və həkimlərin müdaxiləsinə baxmayaraq, hakimin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Samir Əliyev 1976-cı ildə anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2003-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Nəsimi Rayon Məhkəməsində məhkəmə katibi kimi başlayıb. 1998–2008-ci illərdə Ali Məhkəmədə vətəndaşların qəbul və müraciətlərinə baxılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2008–2015-ci illərdə Sabunçu Rayon Məhkəməsinin hakimi olub. 2016-cı ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.
Samir Əliyev bir sıra mühüm cinayət işlərinə, o cümlədən ictimai rezonans doğuran məhkəmə proseslərinə sədrlik edib. Onun rəhbərlik etdiyi məhkəmə iclaslarında çıxarılan qərarlar hüquq ictimaiyyəti tərəfindən diqqətlə izlənilib və müzakirə olunub.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.