Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR
19 Avqust 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2627
14.05.2025, 11:17
Bu günlərdə ölkə Prezidenti İlham Əliyevin Qarabağa səfəri zamanı avtomobildə dinlədiyi mahnı sosial şəbəkələrdə və mediada viral olub. Prezident İlham Əliyevin səmimi görüntüsü və mahnı insanlar tərəfindən böyük məhəbbətlə qarşılanıb.
Bəs,Prezidentin dinlədiyi “Taleyim mənim” mahnısının taleyi necə olub? Bu mahnı necə yaranıb?
Oxu24.com bununla bağlı araşdırma aparıb.
Möhtəşəm “Taleyim mənim” mahnısı ilk dəfə 1969-cu ildə lentə alınıb. Mahnının ilk ifaçısı kimi “Qızıl Fond”da Xalq artisti Yalçın Rzazadə göstərilsə də,mahnının ilk ifaçısı Xalq artisti Flora Kərimova olub.
Hər iki sənətkar bu əsəri özünəməxsus şəkildə və təkrarsız ifa ediblər.Flora Kərimova xüsusilə mahnının zil hissəsini xüsusi peşəkarlıqla ifa etməklə tarixə düşüb.
Bəs,”Taleyim mənim” mahnısını kimlər yaradıb?
Musiqisi Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazımi ,sözləri Xalq şairi Cabir Novruza məxsus olan əsərin maraqlı tarixçəsi var. 60-cı illərdə musiqimizə böyük yeniliklər gətirən Oqtay Kazımi təsadüfən böyük şair Cabir Novruzla tanış olur. 1967-cı ildə Oqtay Kazımi mahnı bəstələyir və dostu Tofiq Zəkaya zəng edərək həmin mahnıya şeir yazmasını xahiş edir.
Lakin,müəyyən səbəblərə görə,Rafiq Zəka bu bəstəyə şeir yaza bilmir. O,gənc bəstəkarı Cabir Novruzla tanış edir.Cabir Novruz heç vaxt hazır melodiyaya sözlər yazmadığını əsas gətirərək bu mahnıya söz yazmaqdan imtina edir.
Lakin Oqtay Kazıminin uzun dirənişindən sonra Cabir Novruz sözügedən melodiyaya qulaq asır və onların ilk iş birliyi olan “Ey həyat,sən nə qəribəsən..” mahnısı yaranır.
Bu mahnının ardından tərəflər yaxın zamanda yenidən bir araya gəlirlər.Oqtay Kazımi bir gün Cabir Novruza zəng edərək onun melodiyasına şeir yazmasını xahiş edir. Cabir Novruz bu melodiyaya bir gecədə “Taleyim mənim” mahnısının sözlərini yazır. Mahnı əslində 1968-ci ildə yazılıb.
Yuxarıda qeyd etdiyimiz kimi mahnının ilk ifaçılarına gəldikdə fikirlər haçalanır. Flora Kərimova – Yalçın Rzazadə.Həmin ifaçılardan uzun müddət sonra Əməkdar artist Mətanət İsgəndərli bu mahnını ifa etdi.Prezident də məhz Mətanət İsgəndərlinin ifasında həmin mahnını dinləyib.
Göründüyü kimi tam təsadüf nəticəsində ərsəyə gələn mahnı illər sonra tam təsadüf nəticəsində yenidən gündəmə gəldi və öz tarixi şöhrətini yenilədi.
Müəllif: Miri Məcidli
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.