Nübar dünyasını dəyişdi
30 May 2025, 21:30
Qaynar xətt:
(+99450) 247 90 86Kərə yağının monopoliyası kimdədir? — Bahalaşmanın gizli qalan nöqtəsi...
CƏMİYYƏT
989
15.04.2025, 14:15
Bildiyiniz kimi son dövlər kərə ýağının qiyməti durmadan artır.
Hal hazırda kərə yağının 1 kq-nın qiyməti 23-37 manat arasında dəyişir.
"İqtisadçılar qiymət artımının səbəbini ölkəmizin idxaldan asılı olmasında yerli istehsalın az olmasında görürlər. Bu yalandır və pafoslu açıqlamadan başqa bir şey deyil".
Bu sözləri oxu24.com saytına açıqlamasında nəqliyyatda daşınmaların təşkili üzrə ekspert İlkin Məmmədkərimov bildirib.
"Kərə yağlarının qiymətinin baha olmasının və durmadan artmasının səbəbi ölkəyə kərə yağı idxal edən idxalçı şirkətlərin barmaqla sayılacaq qədər az olmasıdır. Yəni supermarketlərdə gördüyünüz bütün kərə yağlarını ölkəyə barmaqla sayılacaq qədər az idxalçı şirkət gətirir və onların arasında rəqabət yoxdur",-deyə ekspert bildirib.
İlkin mövcud vəziyyəti qonşu və digər ölkələrlə də müqayisə edib.
"Bu yaxınlarda mediada Fransa-nın "President" kərə yağının qiymətinin Gürcüstan və Ermənistanla müqayisədə baha olduğu haqqında xəbər vyayılmışdı.
Bunun səbəbi Gürcüstan-da 30-dan çox idxalçı şirkətin ölkəyə yağ idxal etməsi və onların arasında rəqabət mühitinin olmasıdır.
Nəyinki Gürcüstan, bütün Sovetlər Birliyi ölkələri idxaldan asılıdır və yerli istehsal çox azdır sadəcə bizdən fərqli olaraq onlarda rəqabət mühiti var.
Hətta iqtisadçıların dediyi kimi yerli istehsal yetəri qədər olsa belə əhalinin əksəriyyəti keyfiyyət məsələsinə görə etibar edib yerli istehsal olan kərə yağı almaz. Çünki hər il ölkəyə onminlərlə ton palma yağı idxal olunur.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə 2024-cü ildə ölkəyə 65 min ton palma yağı idxal olunub. Bu rəqəm 2023-cü illə müqayisədə 42% çoxdur yəni ölkəyə palma yağı idxalı hər il sürətlə artırılır",-deyə O, bildirib.
Belə olan halda kim zəmanət verə bilərki əhalinin aldığı yerli istehsal olan kərə yağına kərə yağı adı altında palma yağı qatılmayacaq?
Şəxsən mən heç vaxt evimə yerli istehsal olan kərə yağı və reklamları gedən həmin firma yağlarını almaram.
Elə Qida Təhlükəsizliyi Agentliyinin son dövrlər yerli istehsal olan "kərə" yağlarında apardığı yoxlamalar mənim və əhalinin əksər hissəsinin haqlı olduğunu göstərdi.
Beləki yerli istehsal olan əksər kərə yağlarında kərə yağı adı altında tərkibində bitki yağı olduğu üzə çıxdı.
Həmçinin oxuyun
Tam əminliklə deyə bilərəm ki Qida Təhlükəsizliyi Agentliyinin adlarını açıqlamadığı digər yerli istehsal olan kərə yağlarıda o vəziyyətdədir.
Üstəlik Qida Təhlükəsizliyi Agentliyinin apardığı son yoxlamalar üzə çıxardı ki, Əli Cəfərova məxsus həmin saxta kərə yağlarına nəyinki kərə yağı adı altında bitki yağı qatılıb həmçinin tərkibində bütün dünyada qadağan olunan kərə yağına ümumiyyətlə qatılması qadağan olunan Sorbil və Benzol turşuları aşkar olunub ki, bu maddələr birbaşa xərçəng xəstəliyinə səbəb olur.
Birdə bir çox supermarketlərin və idxalçı şirkətlərin Yeni Zellandiyada, Belarus və Ukraynadakı süd zavodlarında sifarişlə istehsal etdirdikləri üzərlərinə müxtəlif adlar qoyub satdıqları yağlarda ayrı bir dərddir.
Ümumdünya Səhiyyə Təşkilatının və EFSA-nın təhlükəli və kanserojan hesab etdiyi ölkəmizə isə hər il sürətlə həcmi artırılaraq idxal olunduğu palma yağlarının nəticəsidir ki, bu gün ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ürək damar xəstəliklərinə görə ilk 10-luqda yer alıb.
Əvvəllər Belarusiya və Ukrayna yağları ilə Qərb ölkələrinin istehsalı olan kərə yağları arasında qiymət fərqi var idisə yəni Belarusiya və Ukrayna kərə yağının qiyməti 10 il öncə 1 kq 13-14 manat, Qərb ölkələrinin istehsalı olan kərə yağları 16 manatdan başlayırdısa indi isə Belarus və Ukrayna istehsalı olan yağda Qərb ölkələri istehsalı olan yağda 1 kq-ı 23 manatdan başlayır.
Birdə əvvəllər Bakıda çoxlu Rusiya, Belarus süd məhsulları mağazaları var idi ki, supermarketlərdə idxalçı şirkətlərin idxal etdiyi 1 kq 14 manatdan başlayan yağları Belarus mağazalarında 1 kq 12-13 manata almaq mümkün idi bu mağazalar monopolist idxalçıların yuxusunu əməlli başlı qaçırtmışdı.
Həmin vaxt supermarketlərdə məcbur olub kampaniya keçirib 1 kq 12-13 manata salırdılar. İdxalçılar nə etdilərsə son dövrlər Bakıda Rusiya, Belarusiya mağazalarının sayı kəskin şəkildə azaldı. Hal-hazırda qalan Rusiya, Belarusiya mağazalarındakı qiymətlər elə supermarketlərdəki qiymətlərlə eynidir. Dediyim kimi kərə yağının qiymətinin ucuzlaşması üçün indiki kimi 5-6 yox, qonşu ölkələrdəki kimi 30-40-dan çox idxalçı şirkət ölkəyə yağ idxal etməlidir. Belə olan halda həm keyfiyyət yüksələcək həm rəqabət güclənəcək, həmdə qiymətlər aşağı düşəcək. Çox təssüfki 17 illik maneədən sonra ötən ilin 1 iyul tarixindən Rəqabət Məcəlləsi qüvvəyə minsədə 10 aya yaxındır ki, nəyinki bu sahədə ümumiyyətlə heç bir sahədə inhisarçılıq monopoliya ilə bağlı müsbətə doğru dəyişiklik olmayıb.
Hazırladı: Miri Məcidli
21:49 / 30 May 2025
Gəncəni onlar bombalayıbmış
72
21:30 / 30 May 2025
Nübar dünyasını dəyişdi
643
21:14 / 30 May 2025
Rusiyaya işləməyə gedənlərlə bağlı qalmaqallı təklif
137
20:51 / 30 May 2025
Azərbaycan lideri ilə BƏƏ Prezidenti arasında telefon danışığı olub
103
20:12 / 30 May 2025
Rusiya xəbərdarlıq edib
52
20:08 / 30 May 2025
Bu cəzalar sərtləşdirildi – Prezident təsdiqlədi
363
20:05 / 30 May 2025
Almaniya Ukraynadakı münaqişənin sona çatmasından danışıb
47
19:57 / 30 May 2025
ABŞ -də Ukrayna müzakirəsi
48
19:45 / 30 May 2025
Moskvada terror aktına cəhd edilib
51
19:36 / 30 May 2025
Hücumu İŞİD edibmiş
50
19:31 / 30 May 2025
Ağdərədə mülki şəxs minaya düşüb
51
19:14 / 30 May 2025
İlanların davası kameraya düşdü +VİDEO
712
19:00 / 30 May 2025
Kamran Əliyev onu yüksək vəzifəyə təyin etdi - FOTO
510
18:59 / 30 May 2025
Bakıda narkokuryerlikdə şübhəli bilinən 3 nəfər saxlanılıb
48
18:55 / 30 May 2025
Makron yeni Avropa-Asiya koalisiyasına çağırır
51
18:40 / 30 May 2025
Bu cərimə iki dəfə artırıldı
67
18:23 / 30 May 2025
Kəmaləddin Heydərovun rəis gətirdiyi qadın kimdir? — FOTO
838
18:15 / 30 May 2025
Polis qadınları “TikTok”da şantaj edən şəxsi saxlayıb, zərərçəkənlər var
74
18:13 / 30 May 2025
Fransa siqaret çəkməyə yeni məhdudiyyətlər tətbiq edəcək
62
18:04 / 30 May 2025
Restoranlarda verilən qurbağa əti ilə bağlı - Açıqlama
414
17:57 / 30 May 2025
Makron Avropa və ABŞ-a inamın niyə sarsıla biləcəyini açıqladı
65
17:53 / 30 May 2025
Ukraynaya məxsus pilotsuz təyyarə Bryansk vilayətində kəndə hücum edib
58
17:51 / 30 May 2025
Məhkəmə Putini Hitlerə müqayisə etməyi qadağan etdi
63
17:35 / 30 May 2025
Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi
800
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.