Sürücülərin diqqətinə! Bu yollarda tıxac var
19 Noyabr 2026, 09:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
364
13.04.2025, 12:13
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib.
Oxu24.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri açıqlama verib.
O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər:
“Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib”.
Onun sözlərinə görə, turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu, qeyd edilib.
“Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və "qara siyahı”ya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olub. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar”, - QMİ-nin şöbə müdiri vurğulayıb.
09:30 / 19 Noyabr 2026
5
09:27 / 19 Noyabr 2026
27
09:14 / 19 Noyabr 2026
85
09:13 / 19 Noyabr 2026
51
09:12 / 19 Noyabr 2026
51
09:10 / 19 Noyabr 2026
91
00:22 / 19 Noyabr 2026
381
23:10 / 18 Noyabr 2026
182
22:45 / 18 Noyabr 2026
160
22:40 / 18 Noyabr 2026
156
22:25 / 18 Noyabr 2026
157
22:25 / 18 Noyabr 2026
169
22:15 / 18 Noyabr 2026
166
22:11 / 18 Noyabr 2026
181
21:55 / 18 Noyabr 2026
166
21:53 / 18 Noyabr 2026
415
21:40 / 18 Noyabr 2026
178
21:26 / 18 Noyabr 2026
171
21:20 / 18 Noyabr 2026
172
21:09 / 18 Noyabr 2026
175
21:03 / 18 Noyabr 2026
806
20:53 / 18 Noyabr 2026
197
20:50 / 18 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.