Azərbaycan nefti cüzi bahalaşıb
22 Avqust 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
450
12.04.2025, 22:02
Tez-tez yas mərasimləri ilə bağlı müzakirələr olur. Əsas vurğu israfçılığa yönəlir. Lakin toylarımızın acınacaqlı vəziyyətdə olduğu da istisna edilmir. Əksinə, toylarda daha çox israfçılığa yol verildiyi, lazımlı-lazımsız qidaların masaya düzüldüyü bildirilir. Pandemiya zamanı deyilirdi ki, həyat normala döndükdən sonra yəqin israfçılıq da azalar. Əksi oldu. Pandemiyadan sonra toy qiymətləri və israfçılıq daha da artdı.
Bəs bunun qarşısı alına bilərmi? Hər hansı bir tədbir görülməsi mümkündürmü?
Oxu24.com xəbər verir ki bu barədə Globalinfo.az-a deputat Gülşad Rüstəmova danışıb.
“Doğrudan da toylarda israfçılığa çox yol verilir. Dinimiz də bizə israfçılığın olmamasını buyurur. Amma yaslarda məsələ bir az fərqlidir. Hər kəs əzizi üçün ehsan vermək istəyir. Şəxsən mən bu gün şəhid balamın tədbirlərində hər gələn adamın ehsandan dadmasını, rəhmət oxumasını istəyirəm. Biz şəhid anaları da belə mənəvi rahatlıq tapırıq. Amma onu da sizə deyim ki, Naxçıvanda keçirilən yaslarımızda qəti israfçılıq olmur”, - deputat bildirib.
G.Rüstəmova deyib ki, əslində, yeyilməyən yeməklər süfrəyə qoyulmaya bilər:
“Məsələn, 5-6 növ salat olacaqsa və onun çoxu yeyilməyəcəksə, elə bir qab salat olması daha yaxşıdır, 5-6 yemək növündənsə 2 cür yemək olsun. İnsanın mədəsi guya nə qədər qida qəbul edir ki?! Toya gedəndə bir dənə salatdan götürərik, bir növ də yemək əlavə edirik. Hər cür yeməyi süfrəyə düzəndə doğrudan da israfçılıq olur. Təki həmişə süfrələrimiz bol olsun, Azərbaycanımızda şad günlər keçirilsin, amma israfçılığa yol verilməsin. Anlayıram, hamı övladının xoş günündə belə şeylərlə rahatlıq tapır, bir söz deyə bilmərəm. Lakin israfçılığın olmamasına diqqət edilməlidir. Ən azından qalan yeməklər sonra ehtiyaclı kəslərə verilə bilər. Bununla bağlı tədbir görmək mümkündür”.
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.