AZAL təcili məlumat YAYDI
28 Fevral 2026, 15:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1880
19.02.2025, 10:24
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi indiyədək buraxılan 4 istiqrazın delistinq edilərək geri çağrılması barədə qərar qəbul edib.
Oxu24.com FED.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi hazırda həmin istiqrazların sahiblərini qiymətli kağızları geri qaytarıb pullarını almağa çağırıb.
Xatırladaq ki, söhbət Maliyyə Nazirliyi tərəfindən 2023-cü ildə buraxılmış 4 istiqrazdan gedir.
Bunlar: AZ0201040323; AZ0201040265; AZ0201040240 və AZ0201040208 qeydiyyat nömrəli istiqrazlardır.
Ümumilikdə söhbət 491 milyon, yəni təqribən yarım milyard manatlıq istiqrazlardan gedir.
Gəlin, bu istiqrazlarla daha yaxından tanış olaq:
1) AZ0201040208 istiqrazı:
İstiqrazın buraxılış həcmi 120 milyon manat, illik gəlirliyi 6% təşkil edir.
Qeyd edək ki, istiqrazların buraxılması barədə hərracda AZ0201040208 istiqrazının həcminin 80 milyon olacağı nəzərdə tutulurdu. Amma Bakı Fond birjasının məlumatına görə, hazırda bu istiqrazın həcmi 120 milyon manatdır. Bundan sonrakı hesablamalarda da daha yeni göstərici olaraq BFB-nin məlumatındakı rəqəm, yəni 120 milyon manat əsas götürüləcək. Beləliklə,
AZ0201040208 istiqrazı 15 avqust 2023-cü ildə 728 gün, yəni 2 illik müddətə buraxılıb. İstiqrazın dövriyyə müddəti 2025-ci ilin avqustunda başa çatır. İstiqrazlar üzrə ödənişlər hər yarım ildən bir həyata keçirilir, yəni 2 ildə 4 dəfə faiz ödənişi həyata keçiriləcək. Bu ödənişlərin 3-ü artıq həyata keçirilib, yeri gəlmişkən, 3-cü ödəniş bir neçə gün əvvəl – 11 fevralda edilməli idi.
Növbəti, 4-cü ödəniş isə 2025-ci ilin avqustunda edilməlidir. Faiz dərəcəsi və məbləği nəzərə alanda istiqraza görə, hər yarım ildə baş tutan ödənişlərdə istiqraz sahiblərinə 3,6 milyon manat ödənilir. Başqa sözlə, Maliyyə Nazirliyinin bu istiqraz üzrə 3,6 milyon manat ödənişi qalıb.
2) AZ0201040240 istiqrazı:
İstiqrazın buraxılış həcmi 135 milyon manat, illik gəlirliyi 6% təşkil edir.
Maraqlıdır ki, bu istiqrazda da buraxılış və döariyyədə olan həcmlər fərqlənir. Belə ki, istiqrazların buraxılması barədə hərracda AZ0201040240 istiqrazının həcminin 90 milyon manat olacağı nəzərdə tutulurdu. Amma Bakı Fond birjasının məlumatına görə, hazırda bu istiqrazın həcmi 135 milyon manatdır. Bundan sonrakı hesablamalarda da daha yeni göstərici olaraq BFB-nin məlumatındakı rəqəm, yəni 135 milyon manat əsas götürülüb. Beləliklə, AZ0201040240 istiqrazı 19 sentyabr 2023-cü ildə 728 gün, yəni 2 illik müddətə buraxılıb. İstiqrazın dövriyyə müddəti 2025-ci ilin sentyabrında başa çatır. İstiqrazlar üzrə ödənişlər hər yarım ildən bir həyata keçirilir, yəni 2 ildə 4 dəfə faiz ödənişi həyata keçiriləcək. Bu ödənişlərin 2-si artıq həyata keçirilib, 3-cü ödəniş isə təqribən bir ay sonra – 18 martda edilməlidir.
Növbəti, 4-cü ödəniş isə 2025-ci ilin sentyabrına düşür.
Faiz dərəcəsi və məbləği nəzərə alanda istiqraza görə, hər yarım ildə baş tutan ödənişlərdə istiqraz sahiblərinə 4,05 milyon manat ödənilir. Başqa sözlə, Maliyyə Nazirliyinin bu istiqraz üzrə 8,1 milyon manat ödənişi qalıb. Bunun 4,05 milyon manatı 18 martda, 4,05 milyon manat isə 16 sentyabrda ödəniləcək.
3) AZ0201040265 istiqrazı:
İstiqrazın buraxılış həcmi 135 milyon manat, illik gəlirliyi 6% təşkil edir.
Maraqlıdır ki, bu istiqrazda da buraxılış və döariyyədə olan həcmlər fərqlənir. Belə ki, istiqrazların buraxılması barədə hərracda AZ0201040265 istiqrazının həcminin 90 milyon manat olacağı nəzərdə tutulurdu. Amma Bakı Fond birjasının məlumatına görə, hazırda bu istiqrazın həcmi 135 milyon manatdır. Bundan sonrakı hesablamalarda da daha yeni göstərici olaraq BFB-nin məlumatındakı rəqəm, yəni 135 milyon manat əsas götürülüb.
Həmçinin oxuyun
Beləliklə, AZ0201040265 istiqrazı 17 oktyabr 2023-cü ildə 728 gün, yəni 2 illik müddətə buraxılıb. İstiqrazın dövriyyə müddəti 2025-ci ilin oktyabrında başa çatır. İstiqrazlar üzrə ödənişlər hər yarım ildən bir həyata keçirilir, yəni 2 ildə 4 dəfə faiz ödənişi həyata keçiriləcək. Bu ödənişlərin 2-si artıq həyata keçirilib, 3-cü ödəniş təqribən bir ay sonra – 15 apreldə, 4-cü ödəniş isə 2025-ci ilin oktyabrında ediləcək.
Faiz dərəcəsi və məbləği nəzərə alanda istiqraza görə, hər yarım ildə baş tutan ödənişlərdə istiqraz sahiblərinə 4,05 milyon manat ödənilir. Başqa sözlə, Maliyyə Nazirliyinin bu istiqraz üzrə 8,1 milyon manat ödənişi qalıb. Bunun 4,05 milyon manatı 15 apreldə, 4,05 milyon manat isə 14 oktyabrda ödəniləcək.
4) AZ0201040323 istiqrazı:
İstiqrazın buraxılış həcmi 100,7 milyon manat, illik gəlirliyi 5,75% təşkil edir.
AZ0201040323 istiqrazı 19 dekabr 2023-cü ildə 728 gün, yəni 2 illik müddətə buraxılıb. İstiqrazın dövriyyə müddəti 2025-ci ilin dekabrında başa çatır. İstiqrazlar üzrə ödənişlər hər yarım ildən bir həyata keçirilir, yəni 2 ildə 4 dəfə faiz ödənişi həyata keçiriləcək. Bu ödənişlərin 2-si artıq həyata keçirilib, 3-cü ödəniş 2025-ci ilin iyun ayında, 4-cü ödəniş isə 2025-ci ilin dekabrında ediləcək.
Faiz dərəcəsi və məbləği nəzərə landa istiqraza görə, hər yarım ildə baş tutan ödənişlərdə istiqraz sahiblərinə 2,9 milyon manat ödənilir. Başqa sözlə, Maliyyə Nazirliyinin bu istiqraz üzrə 5,8 milyon manat ödənişi qalıb. Bunun 2,9 milyon manatı iyun ayında, 2,9 milyon manat isə 14 dekabrda ödəniləcək.
Qeyd edildiyi kimi, Maliyyə Nazirliyi bu istiqrazları vaxtındlan əvvəl geri çağırmağı planlaşdırır.
Bəs səbəb nədir?
Məsələnin iqtisadi tərəfinə baxaq.
Yuxarıda göstərildiyi kimi, Maliyyə Nazirliyinin bu istiqrazlar üzrə qarşıda faiz (kupon) ödənişləri nəzərdə tutulur. 1 istiqraz üzrə 1 dəfə, 3 istiqraz üzrə isə 2 dəfə faiz ödənişi ediləcək. Nazirliyinin həyata keçirməsi gözlənilən faiz ödənişlərin ümumi məbləği yuxarıda göstərildiyi kimi, 25,6 milyon manat təşkil edir.
Məsələnin digər tərəfi də var - hazırda bu istiqrazlar neçəyədir? Bakı Fond Birjasının məlumatına görə, hazırda
AZ0201040208 istiqrazının nominal qiyməti 100 manat olduğu halda, real qiyməti 98,45 manatdır. Yəni istiqrazın ümumi buraxılışın qiyməti nominal olaraq 120 milyon əvəzinə real olaraq 118 milyon manatdır.
AZ0201040240 istiqrazının nominal qiyməti 100 manat olduğu halda, real qiyməti 97,95 manatdır. Yəni istiqrazın ümumi buraxılışın qiyməti nominal olaraq 135 milyon əvəzinə real olaraq 132 milyon manatdır.
AZ0201040265 istiqrazının nominal qiyməti 100 manat olduğu halda, real qiyməti 99 manatdır. Yəni istiqrazın ümumi buraxılışın qiyməti nominal olaraq 135 milyon əvəzinə real olaraq 133,7 milyon manatdır.
AZ0201040323 istiqrazının nominal qiyməti və real qiyməti eynidir - 100 manat. Yəni istiqrazın ümumi buraxılışın qiyməti də real olaraq 100,7 milyon manatdır.
Başqa sözlə, indi bu istiqrazları bazar qiyməti ilə geri almaq mümkün olsa, Maliyyə Nazirliyi əlavə 6,3 milyon manata qənaət edə biləcək.
Ümumilikdə, ilkin hesablamalar göstərir ki, istiqrazların vaxtından əvvəl geri alınması Maliyyə Nazirliyinə təqribən 32 milyon manat büdcə vəsaitinə qənaət etməyə imkan verəcək.
Hələlik Maliyyə Nazirliyi istiqrazların geri alınmasının səbəblərini açıqlamayıb. Amma istənilən halda bu əməliyyatda qənaət faktorunun da olması dəqiqdir.
Bəs istiqraz sahibləri qiymətli kağızları vaxtından əvvəl satmağa razı olacaqlarmı? Böyük ehtimalla bu baş tutacaq, çünki dövlət istiqrazlarının alıcılarının əksəriyyəti tanınmış maliyyə qurumları – banklar və sığorta şirkətləridir. Ona görə də, Maliyyə Nazirliyinin bu təşəbbüsü böyük ehtimalla cavabsız qalmayacaq.
15:37 / 28 Fevral 2026
1
15:33 / 28 Fevral 2026
16
15:28 / 28 Fevral 2026
15
15:14 / 28 Fevral 2026
110
15:02 / 28 Fevral 2026
54
14:55 / 28 Fevral 2026
34
14:35 / 28 Fevral 2026
183
14:28 / 28 Fevral 2026
51
14:07 / 28 Fevral 2026
394
13:59 / 28 Fevral 2026
46
13:38 / 28 Fevral 2026
378
13:37 / 28 Fevral 2026
62
13:33 / 28 Fevral 2026
157
13:26 / 28 Fevral 2026
798
13:09 / 28 Fevral 2026
60
13:00 / 28 Fevral 2026
283
12:53 / 28 Fevral 2026
2207
12:30 / 28 Fevral 2026
75
12:22 / 28 Fevral 2026
71
12:14 / 28 Fevral 2026
65
11:56 / 28 Fevral 2026
58
11:42 / 28 Fevral 2026
77
11:33 / 28 Fevral 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.