Tələbələr 4 il əvəzinə 3 il oxuyacaq
25 Avqust 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
55
25.08.2026, 12:59
Regionda nəqliyyat-kommunikasiya xətlərining bərpası və Zəngəzur dəhlizinin açılması ətrafında müzakirələr son günlər daha intensiv xarakter alıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın "Tramp marşrutu" (TRIPP) çərçivəsində nəzərdə tutulan dəmir yolunun sovet dövründə mövcud olmuş xətt üzrə, İranla sərhəd boyunca salınacağını bildirməsi diqqəti yenidən bu geosiyasi layihəyə yönəldib. Keçmiş infrastrukturun bərpası təkcə nəqliyyat logistikası baxımından deyil, həm də Cənubi Qafqazın iqtisadi və təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi Naxçıvanla maneəsiz və təhlükəsiz əlaqənin təmin olunmasını əsas şərt kimi irəli sürür, eyni zamanda İran ərazisindən keçən Araz dəhlizi kimi alternativləri də real müstəviyə keçirir. Rəsmi İrəvanın geopolitik güclərin maraqlarını regionda toqquşdurmaq cəhdləri isə dəhlizin icrasında yeni risklər yaradır.
Mövzu ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən politoloq Azad Məsiyev məsələnin iqtisadi və geosiyasi aspektdən mahiyyətini şərh edib:
“Ermənistan Baş nazirinin elan etdiyi Zəngəzur dəhlizi – vaxtilə SSRİ dövründə mövcud olmuş dəmir yolu xətti Azərbaycan Dəmir Yolu İdarəsinin nəzdində olan bir xətt olub. Ermənistan ərazisindəki həmin dəmir yolu Azərbaycanın balansında idi; Azərbaycan həmin marşrutu təmir edir, oradakı işçilərin əməkhaqqı Azərbaycan Dəmir Yolu tərəfindən verilir və idarəetmə müəssisəsi də Azərbaycanın idarəçiliyində idi”.
Politoloq bildirib ki, yaranmış vəziyyət onu göstərir ki, Ermənistan Baş naziri yeni həmin xətt üzərində Zəngəzur dəhlizinin açılmasını bəyan edir. Lakin Azərbaycanın mövcud şərtləri var: Bu dəhliz o zaman işlək vəziyyətə gələcək ki, Azərbaycan vatandaşlarının Naxçıvana təhlükəsizliyi və toxunulmazlığı təmin olunsun, eyni zamanda heç bir yoxlama təzyiqinə məruz qalmasınlar:
”Azərbaycanın alternativ bir yolu var – Araz dəhlizi. Azərbaycan çoxşaxəli siyasətini bu sahədə də həyata keçirməkdə maraqlıdır. Çünki, Ermənistan dövləti etibarsız dövlətdir, sabah istənilən bir süni problem yaradaraq bu dəhlizdən azərbaycanlıların təhlükəsiz keçməsinə və yük daşınmasına problem yarada bilər. Bu səbəbdən Azərbaycan cənub qonşumuz olan İran dövləti ilə də danışıqlar aparır və bu sahədə də yolun açılması xüsusi önəm daşıyır”.
Azad Məsiyev həm Zəngəzur dəhlizinin, həm də Araz dəhlizinin geoistiqamətli və geoideoloji iqtisadi maraqlara tam cavab verəcək bir dəhliz olduğunu qeyd edib:
“Azərbaycan Araz dəhlizi vasitəsilə İran körfəzinə yüklərin daşınmasını həyata keçirə bilər. Eyni zamanda Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizi vasitəsilə də dunya iqtisadi sisteminin tərkib hissəsinə çevrilə bilər”.
Müsahibimizin sözlərinə görə, hazırda Ermənistan Baş nazirinin elan elədiyi 40 kilometrlik ərazi Ermənistanın ərazisi olsa da, tarixi Azərbaycan torpaqları olan Zəngəzur torpağıdır. Buna baxmayaraq, Azərbaycan reallıqları nəzərə alaraq bu dəhlizin açılmasında maraqlıdır. Lakin Paşinyanın açıqlaması onu göstərir ki, hələ bu dəhlizin layihələndirilməsi və tikilməsi sözdən başqa bir şey deyil:
“Praktik olaraq Azərbaycan öz hissəsinə aid olan sahələrdə – istər Ermənistan sərhədinə qədər, istərsə də Naxçıvandan Türkiyə sərhədinə qədər işlərin aparılmasını sürətləndirib”.
Politoloq vurğulayıb ki, Azərbaycan ərazisindən keçən xətt Paşinyanın elan etdiyi 40 kilometrlik ərazidən qat-qat böyükdür:
“Azərbaycan Prezidentinin də açıqlamaları var ki, Naxçıvandan çəkiləcək yeni dəmir yolu xətti böyük yüklərin daşınmasına rəvac verəcəkdir. Bu dəhliz nə qədər tez açılarsa, həm Ermənistan, həm də region üçün bir o qədər yaxşı nəticələr əldə edilə bilər. Paşinyan bu layihəni uzadarsa, Azərbaycan Araz dəhlizi vasitəsilə öz geosiyasi və iqtisadi siyasətini həyata keçirəcək. Paşinyanın yürütdüyü siyasət Ermənistanda qlobal güclərin maraqlarını toqquşdurmaqdadır. Çünki Paşinyan maraqları uzlaşdırmır, maraqları toqquşduraraq regionda gərginlik yaratmaqdadır”.
Azad Məsiyev bildirib ki, Zəngəzur dəhlizi 10 noyabr bəyanatının 9-cu maddəsində gündəmə gələn layihə idi və həmin dövrdə Ermənistan öhdəlik götürmüşdü ki, həmin ərazi Rusiya nəzarətinə veriləcək.
Buna baxmayaraq, Ermənistan Amerika ilə əməkdaşlığı genişləndirərək həmin dəhlizi indi Amerikanın himayəsinə verməkdədir:
“Məsələ burasındadır ki, regionda maraqların toqquşdurulması stabilliyin pozulmasına gətirib çıxarır. Birləşmiş Ştatların İran sərhədində düşərgə salması İranın da strateji marağına ziddir. Çünki ABŞ İranı düşmən elan edib və İran əleyhinə fəaliyyətini genişləndirir”.
Yekun olaraq politoloq əlavə edib ki, Amerikanın İran sərhədinə gəlməsi, xüsusilə Zəngəzur dəhlizi regionundakı mövqeyi bu ziddiyyəti dərinləşdirir. Eyni zamanda bu dəhlizdə Rusiyanın da strateji marağı var. Kreml rəsmiləri açıq şəkildə bəyan edirlər ki, 10 noyabr sazişi gündəmdən düşməyib. Paşinyanın yürütdüyü siyasət maraqları uzlaşdırmaq deyil, toqquşdurmaqdır. Maraqların toqquşması isə regionda stabilliyin pozulması deməkdir.
Çimnaz Telmanqızı
13:15 / 25 Avqust 2026
4
12:40 / 25 Avqust 2026
58
12:30 / 25 Avqust 2026
170
12:25 / 25 Avqust 2026
63
12:24 / 25 Avqust 2026
64
12:15 / 25 Avqust 2026
65
12:07 / 25 Avqust 2026
342
12:03 / 25 Avqust 2026
53
11:52 / 25 Avqust 2026
85
11:31 / 25 Avqust 2026
70
11:31 / 25 Avqust 2026
287
11:30 / 25 Avqust 2026
68
11:26 / 25 Avqust 2026
71
11:17 / 25 Avqust 2026
294
11:13 / 25 Avqust 2026
67
11:03 / 25 Avqust 2026
61
10:54 / 25 Avqust 2026
70
10:41 / 25 Avqust 2026
63
10:34 / 25 Avqust 2026
79
10:18 / 25 Avqust 2026
63
10:15 / 25 Avqust 2026
76
09:57 / 25 Avqust 2026
67
09:45 / 25 Avqust 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.