Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
14 Noyabr 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
618
25.08.2026, 13:15
Azərbaycanda işləyən pensiyaçıların sosial təminatının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımın atılması planlaşdırılır. Qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, pensiya təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 ildən 4 ilə endirilməsi nəzərdə tutulur. Mövcud qaydalara görə, işləyən pensiyaçılar topladıqları sosial sığorta kapitalına görə pensiya artımını almaq üçün tam 6 il gözləməli olurdular. Müddətin 4 ilə endirilməsi vətəndaşların işlədikləri dövrdə köçürdükləri sığorta haqlarının faydasını daha tez görmələrinə imkan yaradacaq. Bu addım bir tərəfdən pensiyaçıların gəlirlərinin artmasına xidmət etdiyi halda, digər tərəfdən Dövlət Sosial Müdafiə Fondunun maliyyə yükünə də təsirsiz ötüşməyəcək. Məsələnin iqtisadi baxımdan nə dərəcədə əsaslandırıldığı və pensiya sisteminə təsirləri xüsusi maraq doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, müddətin 6 ildən 4 ilə endirilməsi ilk növbədə pensiyaçıların xeyrinə olan müsbət qərardır:
"İndiki qaydalara əsasən, pensiya təyin olunduqdan sonra işləməyə davam edən şəxslərin əməkhaqqından pensiya fonduna ayırmalar olunur. Lakin vətəndaş bu ödənişlərin pensiyasına təsirini görmək üçün tam 6 il gözləməli olurdu. Təklif olunan 4 illik müddətin ana üstünlüyü ondan ibarətdir ki, pensiyaçı öz fəaliyyətinin bəhrəsini daha tez hiss edəcək”.
O qeyd edib ki, nəzərə almaq lazımdır ki, pensiyaya çıxdıqdan sonra işləyən şəxslərin bəziləri səhhəti və ya digər səbəblərdən 6 il işləyə bilmirdi — 3, 4 və ya 5 il işləyib dayanmalı olurdular. Yenilik sayəsində onlar artıq 4-cü ilin tamamında pensiyalarının artırılması hüququndan yararlana biləcəklər.
Ekspertin sözlərinə görə, bu dəyişiklik pensiya fondunun üzərinə düşən maliyyə yükünü müəyyən qədər artıracaq:
"Ödənişlər 2 il daha tez həyata keçiriləcəyi üçün Dövlət Sosial Müdafiə Fondunun xərcləri və maliyyə yükü müəyyən dərəcədə artacaq. Lakin bu, tamamilə əsaslandırılmış və sosial yönümlü bir addımdır. Vətəndaş pul ödəyirsə, onun qarşılığını vaxtında almalıdır”.
Xalid Kərimli hesab edir ki, 4 il müddət də az deyil. O vurğulayıb ki, gələcəkdə bu müddətin daha da azaldılması, hətta pensiyaların hər il vurulan sığorta kapitalına uyğun yenidən hesablanması mexanizminin tətbiqi daha da arzuolunandır. Amma hər halda müddətin 6 ildən 4 ilə endirilməsi gələcəkdə daha yaxşı şəraitin yaradılması istiqamətində atılmış təqdirəlayiq addımdır.
Çimnaz Telmanqızı
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.