Tramp dünya liderlərinə İranla bağlı müraciət ETDİ
24 Avqust 2026, 22:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
48
25.08.2026, 10:34
Azərbaycanın çoxəsrlik tarixində azadlıq uğrunda mübarizə, qəhrəmanlıq, Vətən və torpaq sevgisi, dövlətçilik ənənələri hər zaman mühüm yer tutub. Xalqımızın yaddaşında dərin iz buraxan əlamətdar günlər sırasında Laçın şəhəri Günü də xüsusi əhəmiyyət daşıyır.
Laçın şəhəri Gününün təsis edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 avqust 2023-cü il tarixli Sərəncamı ilə rəsmiləşdirilib. Hər il avqustun 26-da qeyd olunan bu gün Laçının azadlığının, dirçəlişinin və Böyük Qayıdışın rəmzinə çevrilib.
Laçın rayonu 1930-cu ildə yaradılıb. Qarabağ dağlarının qoynunda yerləşən bu qədim diyar zəngin təbiəti, meşələri, mineral suları, fauna və florası, əlverişli coğrafi mövqeyi ilə seçilir. Lakin XX əsrin sonlarında Laçın ağır sınaqlarla üzləşdi. 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin və separatçı qüvvələrin hücumu nəticəsində rayon işğal olundu, əhali doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri və tarixi-mədəni irs dağıntıya məruz qaldı.
Laçının işğalı Azərbaycanın ərazi bütövlüyünə qarşı həyata keçirilən siyasətin ağır nəticələrindən biri idi. Həmin dövrdə ölkədə hökm sürən siyasi və hərbi böhran, daxili qarşıdurmalar və idarəçilikdəki ciddi çatışmazlıqlar torpaqlarımızın müdafiəsini zəiflətdi. Prezident İlham Əliyev 21 avqust 2025-ci ildə Kəlbəcər şəhərində yerli sakinlərlə görüşü zamanı həmin dövrün siyasi proseslərinə toxunaraq bildirib: “Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur.”
İşğal illərində Azərbaycan dövləti beynəlxalq müstəvidə öz haqlı mövqeyini müdafiə etdi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrinə baxmayaraq, onların icrası uzun illər təmin olunmadı. 2020 və 2023-cü illərdə Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında 1 günlük antiterror tədbirləri zamanı Azərbaycan Prezidentinin mükəmməl liderliyi, uzaqgörənliyi, sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin görünməmiş qəhrəmanlığı sayəsində Müzəffər Azərbaycan Ordusu düşməni diz çökdürdü, Qarabağ və Şərqi Zəngəzur tamamilə azad olundu.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla Laçının işğal dövrü başa çatdı və şəhərin yeni tarixinin - quruculuq və qayıdış dövrünün əsası qoyuldu.
Azadlıqdan sonra Laçında genişmiqyaslı bərpa işlərinə başlanıldı. Lakin bu prosesin ən böyük mənası yalnız yeni yolların, binaların və infrastrukturun qurulması deyil, insanların doğma yurda qayıtmasıdır. 2023-cü il mayın 28-dən laçınlıların Böyük Qayıdışına start verilib. 31 ildən sonra sakinlər öz şəhər və kəndlərinə qayıdaraq yenidən doğma torpaqlarında həyat qurmağa başlayıblar. 2026-cı ilin iyuluna olan məlumata görə, Laçın şəhərinə 614 ailə - 2264 nəfər, Zabux kəndinə 217 ailə - 823 nəfər, Sus kəndinə 59 ailə -215 nəfər, Bəylik kəndinə isə 89 ailə - 363 nəfər daimi məskunlaşıb. evlərinə qovuşmasının böyük sevinci dayanır.
Laçının gələcək inkişafında mühüm layihələrdən biri “Həkəriçay” su anbarıdır. 2026-cı il iyulun 11-də təməli qoyulan layihə çərçivəsində ümumi tutumu 100 milyon, faydalı həcmi 90 milyon kubmetr olan su anbarının və təqribən 172 kilometrlik magistral boru kəmərinin inşası nəzərdə tutulur. Layihənin həyata keçirilməsi Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min nəfərin içməli su təminatına imkan yaradacaq. Magistral kəmər üzərində ümumi gücü 10,81 MVt olan üç su elektrik stansiyasının tikintisi də planlaşdırılır.
Bununla yanaşı, Laçında yaşıl enerji layihələri, müasir yollar, sosial obyektlər, məktəblər, səhiyyə və mədəniyyət müəssisələri yaradılır. Şəhərin Baş planı əsasında aparılan quruculuq işləri Laçını müasir, rahat və dayanıqlı yaşayış məkanına çevirir. Laçın Beynəlxalq Hava Limanı və inkişaf edən nəqliyyat infrastrukturu isə rayonun strateji əhəmiyyətini daha da artırır.
28 may 2025-ci ildə Pakistanın Baş naziri və Türkiyə Prezidentinin Azərbaycana səfərləri çərçivəsində Laçında keçirilən üçtərəfli görüş şəhərin artan siyasi və strateji əhəmiyyətini nümayiş etdirdi. Laçın şəhəri Günü xalqımız üçün həm Zəfərin qürurunu, həm şəhidlərimizin əziz xatirəsini, həm də doğma torpaqlara qayıdışın sevincini yaşadan əlamətdar tarixdir. Laçın bundan sonra öz tarixi ilə yanaşı, firavan həyatı, davamlı inkişafı və gözəl gələcəyi ilə də anılacaq.
10:54 / 25 Avqust 2026
8
10:41 / 25 Avqust 2026
27
10:18 / 25 Avqust 2026
44
10:15 / 25 Avqust 2026
50
09:57 / 25 Avqust 2026
51
09:45 / 25 Avqust 2026
58
09:29 / 25 Avqust 2026
54
09:16 / 25 Avqust 2026
54
09:00 / 25 Avqust 2026
53
08:55 / 25 Avqust 2026
64
08:53 / 25 Avqust 2026
55
00:04 / 25 Avqust 2026
139
00:01 / 25 Avqust 2026
82
23:54 / 24 Avqust 2026
80
22:49 / 24 Avqust 2026
130
22:49 / 24 Avqust 2026
133
22:25 / 24 Avqust 2026
234
22:06 / 24 Avqust 2026
89
21:40 / 24 Avqust 2026
88
21:17 / 24 Avqust 2026
137
20:58 / 24 Avqust 2026
153
20:58 / 24 Avqust 2026
124
20:28 / 24 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.