İcra başçısı onu vəzifəyə təyin etdi
25 Avqust 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
964
17.02.2025, 16:49
Xəzər dənizi 5 ölkədə sahil xətləri ilə dünyanın ən böyük gölü kimi tanınır. Təxminən 370 min kvadrat kilometr olan Xəzər Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın payına düşür. Xəzər dənizində yaranmış son vəziyyət sahilyanı ölkələri narahat edir.
OXU24.COM xəbər verir ki, 130-a yaxın çayın axdığı Xəzərin şimal və cənub hissələri arasında fərq var. Məsələn, dənizin şimal hissəsində su az duzludur və orta dərinliyi 5 metrdən çox deyil, cənub hissəsində isə su daha duzludur və dərinliyi 1025 metrə çatır.
Qlobal ekosistem üçün vacib olan Xəzər dənizi zəngin neft yataqları ilə də diqqəti cəlb edir. Ümumi neft ehtiyatları 48 milyard barel olaraq qiymətləndirilən Xəzər beynəlxalq aləmdə daha çox “enerji dənizi” kimi tanınır. Beləliklə, Xəzər dənizi həm neftini idxal edən ölkələr üçün, həm də sahilyanı dövlətlərin iqtisadiyyatında oynadığı əsas rola görə strateji əhəmiyyətə malikdir.
Son illər suyu nəzərəçarpacaq dərəcədə çəkilən Xəzərin ekoloji vəziyyəti narahatlıq doğurur. 2005-2023-cü illər arasında dənizin səviyyəsinin 185 sm aşağı düşməsi ilə 31 min kvadrat kilometr su sahəsi itirilib. 2100-cü ilə qədər dəniz səviyyəsinin 18 metrə qədər enə biləcəyi proqnozlaşdırılır. Xəzər dənizinin ən uzun sahili kimi tanınan Qazaxıstan tərəfində su sahəsi son 15 ildə 7,1 faiz azalıb.

“Xəzəri xilas et” Ekoloji Hərəkatının təsisçisi Vadim Ni bildirib ki, Xəzərin indiki problemi təkcə suyun çəkilməsindən ibarət deyil:
“20 ildə Xəzər dənizində suyun səviyyəsi 2 metr aşağı düşüb. Biz dənizin şimal hissəsini, xüsusilə dərinliyin az olduğu dayaz Qazaxıstan tərəfini itirə bilərik. Yalnız Xəzər dənizində olan balıq və bitki növlərinin tamamilə yox olmaq təhlükəsinə çatmışıq. Xəzərdə böyük böhranın astanasındayıq. Bunu hamı başa düşür, lakin hər tərəf öz maraqlarını müdafiə edir”.

Qazaxıstanlı ekoloji fəal Qalina Çernovanın sözlərinə görə, ilk növbədə Xəzər dənizinin ən böyük qida mənbəyi olan Volqa çayı və digər çayların sahillərində bəndlərin tikintisini dayandırmaq lazımdır: “Bu olsa, Xəzərə daha çox su gələcək. Xəzərin 27 faizi Qazaxıstana, 22 faizi Azərbaycana, 22 faizi isə Rusiyaya məxsusdur. Hazırda neftin intensiv istehsal olunduğu sahillərdə ekosistem yox olmaq təhlükəsi ilə üz-üzədir”.
“Qazax Balıqları” Balıqçılıq Assosiasiyasının Aktau filialının direktoru Daniyar Alimcanov qeyd edib ki, hər il yüzlərlə ölü balıq Xəzər dənizi regionunun sahillərində yuyulur:
“Bunun ən böyük səbəbi dəniz səviyyəsinin aşağı düşməsi və çirklənmədir. Son illərdəki iqlim dəyişikliyi də bu vəziyyətə mənfi təsir edib. Məsələn, Xəzər suitisinin çoxalması üçün dənizdə müəyyən miqdarda buzun olması lazımdır”.

Qazaxıstanlı deputat Sergey Ponomaryovun sözlərinə görə, parlament Xəzər dənizində çəkilmə prosesini daha yaxından izləyir:
“Xəzər Qazaxıstan iqtisadiyyatı üçün vacibdir. Dəniz səviyyəsinin aşağı düşməsi neft yataqlarına çıxışı çətinləşdirə bilər. Hazırda mərkəzi Aktau şəhərində olacaq Xəzər Dənizi Tədqiqat İnstitutunun yaradılması istiqamətində işlər davam etdirilir. Bundan əlavə, böyük ehtimalla növbəti ildə dənizin inkişafı ilə bağlı işlərə başlayacağıq”.
19:18 / 25 Avqust 2026
2
18:59 / 25 Avqust 2026
17
18:49 / 25 Avqust 2026
44
18:31 / 25 Avqust 2026
49
18:23 / 25 Avqust 2026
59
18:10 / 25 Avqust 2026
50
17:59 / 25 Avqust 2026
59
17:45 / 25 Avqust 2026
63
17:39 / 25 Avqust 2026
70
17:34 / 25 Avqust 2026
62
17:03 / 25 Avqust 2026
82
16:59 / 25 Avqust 2026
75
16:59 / 25 Avqust 2026
77
16:45 / 25 Avqust 2026
83
16:38 / 25 Avqust 2026
59
16:35 / 25 Avqust 2026
78
16:29 / 25 Avqust 2026
81
16:25 / 25 Avqust 2026
81
16:12 / 25 Avqust 2026
81
15:53 / 25 Avqust 2026
77
15:40 / 25 Avqust 2026
84
15:34 / 25 Avqust 2026
82
15:30 / 25 Avqust 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.