Emin Ağalarovun neçə yaşı oldu? - Biznesi,şəxsi həyatı,övladları...
16 Dekabr 2025, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
692
27.01.2025, 23:29
Sosial şəbəkələrdə yayılan bir video broyler toyuqlarının tərkibi ilə bağlı narahatlıq yaradıb. Videoda çəki artırmaq məqsədilə toyuqlara vurulan dərmanların mövcud olduğu iddia edilir. Bu qatqıların insan sağlamlığına təsiri isə sual doğurur.
OXU24.COM xəbər verir ki, həkim, professor Adil Qeybulla "Yeni Sabah"a açıqlamasında sözügedən məhsulun tərkibindəki qatqıların insan orqanizminə təsirindən danışıb:
"Broyler toyuqları genetik modifikasiyaya məruz qalmış (GMO) ərzaq məhsullarının bir qrupudur. Onlara xüsusi hazırlanmış yemlər verilir ki, bu yemlərin tərkibində hormonal maddələr olur. Bu maddələr toyuğun sürətlə böyüməsini və çəkisinin artmasını təmin edir. Əslində, toyuq belə qısa müddətdə təbii yolla yetişə bilməz. Süni vasitələrlə, müxtəlif dərmanlar və əlavələrlə broyler toyuqları yetişdirilir. Hətta bu məhsullara antibiotiklər də vurulur ki, onları müxtəlif xəstəliklərdən qorumaq mümkün olsun".
Həkim qeyd edib ki, bu cür dərman və maddələrin insan sağlamlığına ciddi zərər vurduğu dəfələrlə araşdırmalarda qeyd edilib:
Həmçinin oxuyun
"Təəssüflə qeyd etmək lazımdır ki, bu haqda edilən çağırışlara baxmayaraq, hətta kənd yerlərində də broyler toyuqları geniş şəkildə istehlak edilir. İnsanlar iri çəkisi və görünüşü daha cəlbedici olduğu üçün təbii toyuqlara nisbətən broyler toyuqlarına üstünlük verirlər. Məhz bu seçim sağlamlıq problemlərinin əsas səbəblərindən birinə çevrilir.
Azərbaycan əhalisinin qida təminatında yardımçı təsərrüfatlardan daha çox istifadə olunmalıdır. Xüsusilə rayon ərazilərində yaşayan insanlara şərait yaratmaq lazımdır ki, onlar təbii kənd təsərrüfatı məhsullarını özləri yetişdirib satışa çıxara bilsinlər. Bu həm təmiz məhsul istehsalı, həm də sağlam əhali üçün vacibdir. Sovet dövründə belə şərait mövcud idi, lakin indi bu imkanlar demək olar ki, tamamilə itirilib.
Bu məsələ mütləq şəkildə həllini tapmalıdır. Təəssüf ki, həmin problem yalnız Azərbaycana aid deyil. Dünyanın bir çox ölkəsində də broyler toyuqları geniş şəkildə istifadə olunur və sağlam qida problemi qlobal miqyasda böyük bir məsələ kimi gündəmdədir".
Onu da qeyd edək ki, genetik modifikasiyaya məruz qalmış qidalar (GMQ) orqanizmin DNT-sinin dəyişdirilməsi ilə əldə edilən məhsullardır. Bu proses bitkilərin və ya heyvanların müəyyən xüsusiyyətlərini yaxşılaşdırmaq üçün aparılır, məsələn, məhsuldarlığı artırmaq, zərərvericilərə qarşı davamlılıq yaratmaq və ya qida keyfiyyətini artırmaq və s. Genetik modifikasiyaya məruz qalmış qidaların (GMQ) mümkün zərərləri haqqında bir çox mübahisələr mövcuddur. Elmi araşdırmalar bəzi potensial riskləri ortaya çıxarsa da, bunların bir çoxu hələ də qəti şəkildə təsdiqlənməyib.
00:25 / 16 Dekabr 2025
168
00:14 / 16 Dekabr 2025
71
00:03 / 16 Dekabr 2025
62
23:55 / 15 Dekabr 2025
60
23:51 / 15 Dekabr 2025
492
23:45 / 15 Dekabr 2025
54
23:28 / 15 Dekabr 2025
73
23:25 / 15 Dekabr 2025
49
23:21 / 15 Dekabr 2025
109
23:14 / 15 Dekabr 2025
54
23:08 / 15 Dekabr 2025
67
23:02 / 15 Dekabr 2025
64
22:54 / 15 Dekabr 2025
53
22:49 / 15 Dekabr 2025
69
22:48 / 15 Dekabr 2025
57
22:31 / 15 Dekabr 2025
86
22:27 / 15 Dekabr 2025
64
22:09 / 15 Dekabr 2025
411
21:59 / 15 Dekabr 2025
69
21:45 / 15 Dekabr 2025
94
21:10 / 15 Dekabr 2025
1797
20:54 / 15 Dekabr 2025
120
20:38 / 15 Dekabr 2025
1550
20:16 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.