Emin Əmrullayevdən AÇIQLAMA: Biz müəllimə niyə maaş veririk?
16 Dekabr 2025, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
148
09.01.2025, 12:53
Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.
Oxu24.com Oxu.az-a istinadən xəbər verir ki, ixtisar ötən ay baş verib.
Belə ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Məlumatda bildirilir ki, ixtisarların davam edəcəyi gözlənilir.
Həmçinin qeyd edilib ki, işdən çıxarılanlar arasında vəzifəli şəxslər də var.
Həmçinin oxuyun
***
İdman Akademiyası 100 işçinin ixtisar olunması ilə bağlı yayılmış xəbərlər barədə açıqlama yayıb. Açıqlamada akademiyada struktur dəyişikliyi olduğu bildirilib:
“100 nəfərin ixtisar edilməsi ilə bağlı iddia həqiqəti əks etdirmir. Bildiyiniz kimi, Nazirlar Kabineti 13 may 2024-cü il tarixində “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib və İdman Akademiyası publik hüquqi şəxsə çevrilib. Bunun üçün bir sıra silsilə islahatların tətbiqinə başlanılıb.
Bir neçə mərhələdən ibarət olan islahatlara eyni zamanda Akademiyanın inzibati heyətinin formalaşdırılması da daxildir. Belə ki, hazırda Azərbaycan İdman Akademiyasının inzibati heyəti müasir tələblərə uyğun olaraq, tərəfsiz münsiflərin də iştirakı və video qeydiyyat prosesi olmaqla fərdi müsahibələr əsasında təşkil edilir. Müsahibəni uğurla keçənlərə müvafiq vəzifələr təklif edilir”.
00:14 / 16 Dekabr 2025
8
00:03 / 16 Dekabr 2025
12
23:55 / 15 Dekabr 2025
18
23:51 / 15 Dekabr 2025
193
23:45 / 15 Dekabr 2025
23
23:28 / 15 Dekabr 2025
33
23:25 / 15 Dekabr 2025
29
23:21 / 15 Dekabr 2025
43
23:14 / 15 Dekabr 2025
32
23:08 / 15 Dekabr 2025
36
23:02 / 15 Dekabr 2025
39
22:54 / 15 Dekabr 2025
34
22:49 / 15 Dekabr 2025
41
22:48 / 15 Dekabr 2025
31
22:31 / 15 Dekabr 2025
56
22:27 / 15 Dekabr 2025
42
22:09 / 15 Dekabr 2025
264
21:59 / 15 Dekabr 2025
52
21:45 / 15 Dekabr 2025
73
21:10 / 15 Dekabr 2025
1609
20:54 / 15 Dekabr 2025
99
20:38 / 15 Dekabr 2025
1332
20:16 / 15 Dekabr 2025
65
19:46 / 15 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.