Bu rayonlarda qaz OLMAYACAQ
27 Avqust 2026, 17:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
646
03.01.2025, 23:19
Qadın rəfiqəsi ilə birlikdə ona xəyanət edən ərinin sevgilisini qətlə yetirib.
Belə ki, Şəbnəm rəfiqəsi Aynura ərinin xəyanətindən necə xəbər tutduğunu, arxasınca getdiyini və xəyanət etdiyi qadını necə tapdığını danışır.
Aynur əvvəlcə vəziyyətin fərqinə varmır, sonra məsələnin ciddi olduğunu və Şəbnəmin onu pis əmələ sövq etdiyini başa düşür. Aynur Şəbnəmi sakitləşdirməyə, təsəlli verməyə çalışır. Şəbnəm isə "həmin qadını zərərsizləşdirməliyik" deyir.
Gecə hoteldə qalan Şəbnəm yatmazdan əvvəl həyat yoldaşının xəyanətini gözləri önündə canlandırır və bu, onu daha da əsəbiləşdirir.
Səhərə qədər gözlərində sevgi səhnələri ilə ərinin xəyanətini canlandıran Şəbnəm yata bilmir. Səhər rəfiqəsinin otağına gəlir və deyir: "Hazırlaş, gedirik".
Aynur və Şəbnəm artıq şəhərətrafı qəsəbədə yaşayan Hicranı izləməyə başlayırlar.
Hicran gündəlik həyatını yaşayır, başına nə gələ biləcəyindən və izləndiyindən xəbərsizdir.
İşdən sonra onun izinə düşən Aynur Şəbnəmə "gəl, onunla danışaq, problemi həll edək, lazım gəlsə qorxudaq" deyir. Şəbnəm bunu təsdiqləsə də, ağlında başqa bir fikir tutur.
Şəbnəm və Aynur Hicranın yaşadığı mənzilə gedib onun qapısını döyürlər. Hicran qapını açır. Evə daxil olan kimi Şəbnəm Hicrana hücum edir və onu rəfiqəsi ilə birlikdə boğaraq qətlə yetirir.
Şəbnəm və Aynur Hicranı öldürdükdən sonra meyitdən qurtulmaq istəyirlər. Amma səs-küyü eşidən qonşular polis çağırırlar və hər ikisi istintaqa cəlb olunur
17:19 / 27 Avqust 2026
1
17:15 / 27 Avqust 2026
10
17:15 / 27 Avqust 2026
15
17:07 / 27 Avqust 2026
27
16:59 / 27 Avqust 2026
43
16:44 / 27 Avqust 2026
55
16:41 / 27 Avqust 2026
48
16:39 / 27 Avqust 2026
467
16:35 / 27 Avqust 2026
56
16:33 / 27 Avqust 2026
58
16:20 / 27 Avqust 2026
52
16:05 / 27 Avqust 2026
75
16:02 / 27 Avqust 2026
59
15:40 / 27 Avqust 2026
197
15:40 / 27 Avqust 2026
64
15:16 / 27 Avqust 2026
68
15:15 / 27 Avqust 2026
67
14:59 / 27 Avqust 2026
65
14:45 / 27 Avqust 2026
72
14:35 / 27 Avqust 2026
73
14:19 / 27 Avqust 2026
82
14:10 / 27 Avqust 2026
77
13:51 / 27 Avqust 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.