Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
20 Noyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
832
31.12.2024, 09:45
Razyana çayı sağlamlığa faydalı xüsusiyyətləri ilə tanınır.
OXU24.COM xəbər verir ki, razyana çayı həzm sistemini rahatlaşdırır, qaz və şişkinliyi aradan qaldırır. Eyni zamanda, iltihab əleyhinə xüsusiyyətləri sayəsində boğaz ağrısına faydalıdır.
Bu çay mədə ağrılarını kəsir və bəlğəmgətirici təsirə malikdir. Ürək-damar sağlamlığını qoruyaraq sağlamlıq problemlərinin qarşısını alır.
Xüsusilə öskürək, bronxit, astma kimi xəstəliklərdə müalicəvi rol oynayır. Tərkibindəki antioksidantlar və antiinflamatuar birləşmələr sayəsində bədəndəki iltihabı azaldır.
Razyana çayı C vitamini və immunitet sistemini dəstəkləyən digər antioksidantlarla zəngindir. Bu yolla orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Sərbəst radikallarla mübarizə apararaq hüceyrələri oksidləşdirici stres zədələnməsindən qorumağa kömək edir. Bu, ümumi sağlamlıq və gənc qalmaq üçün çox vacibdir.
Soyuqdəymə və qrip əlamətlərini aradan qaldırır, öskürəyi kəsir.Həmçinin razyana çayının tərkibindəki minerallar, xüsusilə kalsium və fosfor sümükləri gücləndirməyə kömək edə bilər.
Tərkibindəki kalium və digər minerallar sayəsində ürək sağlamlığını dəstəkləyir və qan təzyiqini tənzimləməyə kömək edir.
Razyana çayı təbii iştah kəsicidir və həzmi yaxşılaşdırmaqla çəkiyə nəzarət etməyə kömək edə bilir. Bundan əlavə, yatmazdan əvvəl istehlak edildikdə rahatlaşdırıcı təsiri ilə yuxu keyfiyyətini artırır.
Antioksidant xüsusiyyətləri sayəsində göz sağlamlığını qoruyur və göz yorğunluğunu azaltmağa kömək edir.
Bundan əlavə, ağız qoxusunu aradan qaldırmağa yardımçı olur. Razyana çayı ağız qoxusuna səbəb olan bakteriyaların çoxalmasının qarşısını alır. Ağız yaraları kimi problemlərin həllində faydalıdır.
Beləliklə razyana çayı:
Həzm problemlərinə kömək edir.
İshal və qəbizliyin qarşısını alır.
İltihab əleyhinə təsir göstərir.
Yuxu keyfiyyətini yaxşılaşdırır.
Antioksidan təsir göstərir.
Görmə sağlamlığı üçün faydalıdır.
Bağırsaqları təmizləyir.
Ağız sağlamlığını qoruyur.
Qan şəkərini balanslaşdırır.
Ürək sağlamlığını dəstəkləyir.
İmmunitet sistemini gücləndirir.
Tənəffüs problemlərində faydalıdır.
Arıqlamağa kömək edir.
Osteoporozun qarşısını ala bilər.
Razyana çayı hazırlamaq üçün bir stəkan qaynar suya bir çay qaşığı razyana toxumu əlavə edib, 5-10 dəqiqə dəmləyin. İstəyə görə bal və ya limon əlavə edə bilərsiniz.
Bu çay gündə 2-3 stəkan istehlak edilə bilər. Bununla belə, həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər.
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.