Güclü yanğın başladı -FHN
27 Avqust 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
734
30.12.2024, 23:50
Ukraynada Azərbaycanın Milli Qəhrəmanı, Aktauda baş vermiş təyyarə qəzasına həlak olmuş pilot Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
OXU24.COM xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "Facebook" sosial şəbəkədə yazıb.
"Təyyarənin sərnişinlərinin həyatını xilas edən pilotlar arasında Aleksandr Kalyaninov da var. Aleksandr Kropivnitskidəki Ukrayna Dövlət Təyyarəçilik Akademiyasında magistratura pilləsini bitirib. Ukrayna Dövlət Təyyarəçilik Akademiyasının rəhbərliyi Ukraynanın xalq deputatı Roman Qrişşukun, eləcə də Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun dəstəyi ilə universitetin auditoriyalarından birinin Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adının verilməsinə qərar verib", - o qeyd edib.
Diplomatın sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:
"Azərbaycanlılarının Birləşmiş Diasporu Ukrayna Dövlət Uçuş Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Uçuş Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüd təsis etmək imkanını da nəzərdən keçirir".
"Qəhrəman pilotların xatirəsi əbədidir. Qoy ədalət naminə, onların xatirəsi və gələcəyi naminə bu fəlakətin təqsirkarlarının hamısı ən ağır cəzanı alsın", - o vurğulayıb.
Xatırladaq ki, dekabrın 29-da AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi.
19:22 / 27 Avqust 2026
30
19:10 / 27 Avqust 2026
168
18:43 / 27 Avqust 2026
361
18:34 / 27 Avqust 2026
57
18:28 / 27 Avqust 2026
62
18:26 / 27 Avqust 2026
56
18:15 / 27 Avqust 2026
182
18:13 / 27 Avqust 2026
62
17:59 / 27 Avqust 2026
80
17:58 / 27 Avqust 2026
503
17:53 / 27 Avqust 2026
65
17:45 / 27 Avqust 2026
75
17:30 / 27 Avqust 2026
77
17:23 / 27 Avqust 2026
230
17:19 / 27 Avqust 2026
72
17:15 / 27 Avqust 2026
72
17:15 / 27 Avqust 2026
74
17:07 / 27 Avqust 2026
75
16:59 / 27 Avqust 2026
90
16:44 / 27 Avqust 2026
85
16:41 / 27 Avqust 2026
75
16:39 / 27 Avqust 2026
1209
16:35 / 27 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.