Güclü yanğın başladı -FHN
27 Avqust 2026, 19:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
626
30.12.2024, 22:00
2024-cü il ərzində ölkə ərazisində müşahidə olunan hava proqnozu açıqlanıb.
OXU24.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
Xidmət rəisinin sözlərinə görə, Bakıda və Abşeron yarımadasında müşahidə olunan orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub.
İl ərzində maksimal temperatur avqustun 5-i müsbət 39 dərəcə, bölgələr üzrə isə Hacıqabulda iyulun 5-i müsbət 43.5 dərəcə qeydə alınıb.
O qeyd edib ki, 2024-cü il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub: “İlin ayrı-ayrı günlərində hava şəraiti qeyri-sabit keçib, leysan xarakterli intensiv yağış yağıb, şimşək çaxıb, dolu düşüb. Düşən yağıntılar nəticəsində ölkənin çaylarında ümumilikdə 110 sel hadisəsi qeydə alınıb. İl ərzində düşən yağıntı əksər bölgələr üzrə normadan yuxarı olub və ən çox yağıntı Bakı və Abşeron yarımadasında (normanın 147 faizi), Quba-Qusar bölgəsində (normanın 136 faizi), Lənkəran-Astara zonasında (normanın 134 faizi) qeydə alınıb.”
Xidmət rəisi əlavə edib ki, əvvəlki illərlə müqayisədə 2024-cü ildə ildırım-dolu proseslərinin intensivliyi artıb. Nəticədə bu il ölkə ərazisində 167 dəfə dolu hadisəsi baş verib. Ən böyük ölçülü dolu Zaqatalada mayın 18-də 25-30 mm qeydə alınıb. İl ərzində düşən qar örtüyünün maksimal hündürlüyü martın 26-da Şahdağda 54 sm olub.
İlin ayrı-ayrı günlərində ölkə ərazisində əsasən şimal-qərb və cənub-qərb küləkləri müşahidə olunub, küləyin maksimal sürəti Bakıda fevralın 6-da 40 m/s-dək, bölgələrdə isə iyunun 20-də Gəncədə 35 m/s-dək güclənib.
19:22 / 27 Avqust 2026
30
19:10 / 27 Avqust 2026
168
18:43 / 27 Avqust 2026
361
18:34 / 27 Avqust 2026
57
18:28 / 27 Avqust 2026
62
18:26 / 27 Avqust 2026
56
18:15 / 27 Avqust 2026
182
18:13 / 27 Avqust 2026
62
17:59 / 27 Avqust 2026
80
17:58 / 27 Avqust 2026
503
17:53 / 27 Avqust 2026
65
17:45 / 27 Avqust 2026
75
17:30 / 27 Avqust 2026
77
17:23 / 27 Avqust 2026
230
17:19 / 27 Avqust 2026
72
17:15 / 27 Avqust 2026
72
17:15 / 27 Avqust 2026
74
17:07 / 27 Avqust 2026
75
16:59 / 27 Avqust 2026
90
16:44 / 27 Avqust 2026
85
16:41 / 27 Avqust 2026
75
16:39 / 27 Avqust 2026
1209
16:35 / 27 Avqust 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.