Yavər Abbasov direktor müavini təyin edildi
28 Avqust 2026, 21:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
817
27.12.2024, 16:54
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.
Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
21:45 / 28 Avqust 2026
2
21:09 / 28 Avqust 2026
28
20:50 / 28 Avqust 2026
61
20:40 / 28 Avqust 2026
59
20:07 / 28 Avqust 2026
59
19:53 / 28 Avqust 2026
80
19:29 / 28 Avqust 2026
72
19:26 / 28 Avqust 2026
268
19:16 / 28 Avqust 2026
323
19:09 / 28 Avqust 2026
80
18:47 / 28 Avqust 2026
89
18:30 / 28 Avqust 2026
90
18:21 / 28 Avqust 2026
456
18:10 / 28 Avqust 2026
67
18:00 / 28 Avqust 2026
72
17:59 / 28 Avqust 2026
93
17:40 / 28 Avqust 2026
72
17:30 / 28 Avqust 2026
185
17:15 / 28 Avqust 2026
84
16:59 / 28 Avqust 2026
80
16:55 / 28 Avqust 2026
85
16:45 / 28 Avqust 2026
80
16:30 / 28 Avqust 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.