Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası
20 Noyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
856
27.12.2024, 16:02
Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan ekipaj üzvü Zülfüqar Əsadov hadisənin baş vermə anından danışıb.
Oxu24.com un APA-ya istinadən məlumatına görə, hazırda xəstəxanada olan Z.Əsadov 1988-ci ildən bəri təyyarə bələdçisi olaraq çalışdığını söyləyib.
O bildirib ki, təyyarə üç dəfə eniş etməyə cəhd etsə də, havada qatı duman olduğu üçün alınmayıb: “Pilot gördü ki, eniş etmək üçün yer görünmür. Buna görə də yenidən havaya qalxdı. Havada dövr etdikdən sonra yenidən enişə cəhd etdi, amma alınmadı. Yenidən havaya qalxıb enişə cəhd etdi. Lakin 3 dəfə enişə cəhd edilsə də alınmadı. Bundan sonra o məcbur olub havaya qalxdı və başqa istiqamətə yol aldı. Biz geriyə qayıdan zaman çöl hissədən qəribə, zərbəyəbənzər səs gəldi. Mən və Aydan xanım tez salona çıxdıq, insanları sakitləşdirməyə çalışdıq. Mən qabağa getmək istəyəndə qolumdan zərbə dəydi. Elə bil kimsə balta ilə qolumdan vurmuşdu. Qolumda dərin kəsik var idi. Daha sonra isə üçüncü zərbə səsi eşidildi. Biz insanlara təlimat verdik suya eniş edəcəyik və hazır olsunlar, jiletlərini geyinsinlər”.
Zülfüqar Əsadovun sözlərinə görə, daha sonra onlara ekipaj komandiri zəng edərək onlara suya yox, quruya eniş etmələri ilə bağlı məlumat verilib:
“Fikrimcə suya eniş etsəydik, sağ qalan olmayacaqdı. Çünki bizim təyyarənin mühərrikinə təsir göstərilmişdi və o suya sərt eniş etsəydi, bu daşa dəyməkdən də daha möhkəm olacaqdı. Nəticədə təyyarə parça-parça olacaqdı. Biz məlumatı eşidib sərnişinləri təlimatlandırıq. Bütün sərnişinlər təlimata uyğun hərəkət etdi.
Pilotlar çox çalışdılar ki, təyyarəni havada saxlayıb təyinat nöqtəsinə qədər enişi edə bilsinlər. Onlar bunun üçün çox cəhd etdilər. İlk olaraq da yerə ön təkərləri vurdular. Çünki bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan insan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa”.
Təyyarə bələdçisi bildirib ki, qəzadan sonra sərnişinlərə kəmərlərini açaraq çölə çıxmaq təlimatını veriblər:
“Təyyarə yerə dəyəndən sonra ön hissəsi ayrıldı. Arxa hissəsi də sürətlə bir qədər getdikdən sonra dayandı və yan çöndü. Camaat başıaşağı qalmışdı. Mənim huşum özümdə idi. Qan itkisi olsa da çalışırdım özümü saxlayım ki, nəyəsə kömək lazım olduqda edim. İçəridə hava sıxlığı var idi və mən qapını açdım ki, içəri hava gəlsin. Aydan xanımla birlikdə kəmərlərimizi açdıq. Sərnişinlərə də bildirdik ki, hamı kəmərini açıb çıxsın”.
Ətraflı videomaterialda:
00:12 / 21 Noyabr 2026
49
23:31 / 20 Noyabr 2026
71
23:23 / 20 Noyabr 2026
95
23:06 / 20 Noyabr 2026
94
22:45 / 20 Noyabr 2026
102
22:35 / 20 Noyabr 2026
102
22:22 / 20 Noyabr 2026
107
22:01 / 20 Noyabr 2026
111
21:52 / 20 Noyabr 2026
104
21:48 / 20 Noyabr 2026
99
21:21 / 20 Noyabr 2026
109
20:50 / 20 Noyabr 2026
144
20:40 / 20 Noyabr 2026
199
20:33 / 20 Noyabr 2026
129
20:25 / 20 Noyabr 2026
288
20:25 / 20 Noyabr 2026
136
20:20 / 20 Noyabr 2026
134
20:18 / 20 Noyabr 2026
124
20:06 / 20 Noyabr 2026
124
20:02 / 20 Noyabr 2026
881
20:01 / 20 Noyabr 2026
127
19:50 / 20 Noyabr 2026
149
19:50 / 20 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.