Emin Ağalarovun neçə yaşı oldu? - Biznesi,şəxsi həyatı,övladları...
16 Dekabr 2025, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
690
27.12.2024, 12:44
Milli Məclisin bu gün keçirilən iclasında “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Oxu24.com xəbər verir ki, “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş” bu il dekabrın 10-da Bakıda “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Asian Mining Holding FZ” LLC və “AzerGold”un Ortaq Şirkəti arasında imzalanıb.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində İşlər aparmaq üçün müstəsna hüquq veriləcək.
Həmçinin oxuyun
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar veriləcək.
Sazişə və ya əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
00:25 / 16 Dekabr 2025
168
00:14 / 16 Dekabr 2025
71
00:03 / 16 Dekabr 2025
62
23:55 / 15 Dekabr 2025
60
23:51 / 15 Dekabr 2025
492
23:45 / 15 Dekabr 2025
54
23:28 / 15 Dekabr 2025
73
23:25 / 15 Dekabr 2025
49
23:21 / 15 Dekabr 2025
109
23:14 / 15 Dekabr 2025
54
23:08 / 15 Dekabr 2025
67
23:02 / 15 Dekabr 2025
64
22:54 / 15 Dekabr 2025
53
22:49 / 15 Dekabr 2025
69
22:48 / 15 Dekabr 2025
57
22:31 / 15 Dekabr 2025
86
22:27 / 15 Dekabr 2025
64
22:09 / 15 Dekabr 2025
411
21:59 / 15 Dekabr 2025
69
21:45 / 15 Dekabr 2025
94
21:10 / 15 Dekabr 2025
1797
20:54 / 15 Dekabr 2025
120
20:38 / 15 Dekabr 2025
1550
20:16 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.