Yavər Abbasov direktor müavini təyin edildi
28 Avqust 2026, 21:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
330
27.12.2024, 12:22
Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni -352-1-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə yüz əlli manat məbləğində cərimə edilir.
Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə iki yüz manat məbləğində cərimə ediləcək.
Qeyd edək ki, ödəniş məntəqəsi ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır.
Buraxılış məntəqəsi isə ödənişli avtomagistrallarda nəqliyyat vasitələrinin giriş-çıxışına nəzarət etmək məqsədilə yaradılmış və keçid zolaqlarında quraşdırılmış, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr və qurğularla təchiz edilmiş məntəqədir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
22:12 / 28 Avqust 2026
30
21:45 / 28 Avqust 2026
42
21:09 / 28 Avqust 2026
54
20:50 / 28 Avqust 2026
73
20:40 / 28 Avqust 2026
74
20:07 / 28 Avqust 2026
69
19:53 / 28 Avqust 2026
90
19:29 / 28 Avqust 2026
78
19:26 / 28 Avqust 2026
286
19:16 / 28 Avqust 2026
361
19:09 / 28 Avqust 2026
83
18:47 / 28 Avqust 2026
94
18:30 / 28 Avqust 2026
93
18:21 / 28 Avqust 2026
497
18:10 / 28 Avqust 2026
70
18:00 / 28 Avqust 2026
76
17:59 / 28 Avqust 2026
99
17:40 / 28 Avqust 2026
74
17:30 / 28 Avqust 2026
191
17:15 / 28 Avqust 2026
84
16:59 / 28 Avqust 2026
81
16:55 / 28 Avqust 2026
87
16:45 / 28 Avqust 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.