Ödənişi 5 min olan ixtisasların üstünlükləri nədir? - VİDEO
28 Avqust 2026, 23:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
726
26.12.2024, 11:02
Məlumat verildiyi kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən və müalicəyə ehtiyacı olan şəxslərlə bağlı zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının, eyni zamanda, Rusiya Federasiyası Çeçenistan Respublikasının ombudsmanlarının iştirakı ilə birgə işçi qrup yaradılıb.
Ombudsman Aparatının Mətbuat xidmətindən Oxu24.com bildirilib ki, işçi qrupa daxil olan son məlumatlara əsasən, qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki, müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.
Məsələ Azərbaycan Ombudsmanının diqqət mərkəzindədir.
23:28 / 28 Avqust 2026
30
23:11 / 28 Avqust 2026
37
22:56 / 28 Avqust 2026
46
22:32 / 28 Avqust 2026
56
22:12 / 28 Avqust 2026
59
21:45 / 28 Avqust 2026
61
21:09 / 28 Avqust 2026
74
20:50 / 28 Avqust 2026
92
20:40 / 28 Avqust 2026
97
20:07 / 28 Avqust 2026
81
19:53 / 28 Avqust 2026
109
19:29 / 28 Avqust 2026
82
19:26 / 28 Avqust 2026
318
19:16 / 28 Avqust 2026
418
19:09 / 28 Avqust 2026
84
18:47 / 28 Avqust 2026
95
18:30 / 28 Avqust 2026
95
18:21 / 28 Avqust 2026
569
18:10 / 28 Avqust 2026
70
18:00 / 28 Avqust 2026
77
17:59 / 28 Avqust 2026
102
17:40 / 28 Avqust 2026
76
17:30 / 28 Avqust 2026
204
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.