Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126561
az

14 Azərbaycan vətəndaşı sağ qalıb

21:0825 Dekabr, 2024
59
CƏMİYYƏT
  • A

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.

“Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb”, - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.

Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ramin Hacıyevə ağır itki
Tənzilə Rüstəmxanlı şəhidlərlə birgə Hacı Şahinə salavat gətirilməsinə etiraz etdi
“Araz” supermarketlər şəbəkəsi mükafat aldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu xəstəxanalarda göndəriş olmadan pulsuz tibbi xidmətdən istifadə edə bilərsiniz - ŞAD XƏBƏR
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı- VİDEO