"Azercell"dən növbəti bahalaşma qərarı — Yanvarın 13-dən...
13 Dekabr 2025, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
279
06.08.2024, 23:59
Son vaxtlar qeyri-qanuni şəkildə zəbt olunan torpaqlarda aparılan icazəsiz tikintilərin sökülməsinə başlanıb. Bu təkcə paytaxt ərazisini deyil, rayonları da əhatə edir. Bu addım insanlar arasında təşviş və narahatlıqla qarşılanıb. Evləri sənədsiz olan bir çox vətəndaş eyni aqibətlə üzləşməkdən narahatdır.
Görəsən, narahatlığa əsas varmı? Sənədsiz evlərin söküntüsü də gündəmdədirmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, söküntülərin aparılması, sadəcə, yeni tikilən və ya tikilməkdə olan evlərə aiddir: dirnaq modelleri
Həmçinin oxuyun
"Söhbət təkcə yeni tikilən və heç bir sənədi olmayan tikililərdən gedir. Əgər hansısa ərazidə yaşayış varsa, fərdi yaşayış evinin söküntüsü üçün müvafiq olaraq, hökmən məhkəmə qərarı tələb olunur. Məhkəmə qərarı olarsa, bu zaman fərdi yaşayış evinin məcburi söküntüsü həyata keçirilə bilər. Məlum olduğu kimi, sənədsiz evlərlə bağlı müvafiq qərar qəbul ediləcək və onların hansının sənədləşdirilib-sənədləşdirilməyəcəyi daha aydın bildiriləcək. İnsan sağlamlığı üçün təhlükəli olan, yüksək gərginlikli elektrik, qaz və su xətlərinin üzərində yerləşən evlərin gələcəkdə yəqin ki, söküntüsü həyata keçiriləcək. Buna müvafiq olaraq, müəyyən icraedici qurumlar məhkəməyə müraciət edə bilər. Hal-hazırda qanunvericilik də tələb edir ki, əgər hər hansı yaşayış evi varsa, onun sökülməsi üçün ilk növbədə müvafiq məhkəmə qərarı olmalıdır. Söküntü yalnız yeni tikilən və tikilməkdə olan əmlaklara aid ediləcək".
Ekspert sökülən evlərlə bağlı vətəndaşlara hansısa kompensasiyanın verilməyəcəyini qeyd edib:
"Həmin torpaq sahəsi əgər zəbt edilibsə, ona heç bir kompensasiya ödənilə bilməz. Bu tikililər ona görə sökülür ki, zəbt olunmuş torpaq sahələrində tikilib. Belə torpaqların heç bir hüquq müəyyənedici sənədləri olmur. Əgər hər hansı torpağın hüquq müəyyənedici sənədi varsa, orada tikinti aparmaq çox rahatdır. Söhbət yalnız qeyri-qanuni zəbt edilən torpaq sahələrində aparılan özbaşına tikililərdən gedir. Rayon icra hakimiyyətləri və digər icra strukturları da bu özbaşına tikililərin qarşısını alır".
12:58 / 13 Dekabr 2025
14
12:16 / 13 Dekabr 2025
382
12:08 / 13 Dekabr 2025
45
11:44 / 13 Dekabr 2025
42
11:30 / 13 Dekabr 2025
52
11:09 / 13 Dekabr 2025
690
11:07 / 13 Dekabr 2025
323
10:25 / 13 Dekabr 2025
914
09:15 / 13 Dekabr 2025
815
09:06 / 13 Dekabr 2025
365
08:45 / 13 Dekabr 2025
122
08:37 / 13 Dekabr 2025
145
00:28 / 13 Dekabr 2025
141
00:14 / 13 Dekabr 2025
1078
00:01 / 13 Dekabr 2025
721
23:20 / 12 Dekabr 2025
645
23:12 / 12 Dekabr 2025
113
22:41 / 12 Dekabr 2025
14492
22:05 / 12 Dekabr 2025
154
21:58 / 12 Dekabr 2025
3070
21:45 / 12 Dekabr 2025
137
19:31 / 12 Dekabr 2025
1160
19:20 / 12 Dekabr 2025
2273
19:04 / 12 Dekabr 2025
1357
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.