Qaynar xətt:

(+99450) 247 90 86

Muxtar Babayev Ömər Bərəkət əl-Nahar ilə görüşdü

Muxtar Babayev Ömər Bərəkət əl-Nahar ilə görüşdü

CƏMİYYƏT

458

02.08.2024, 16:44

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. 

Oxu 24.com  xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.