Qaynar xətt:

(+99450) 247 90 86

Aprelin 1-dən doğulan körpələrə 200 manat veriləcək

2019-04/1554096490_krp.jpg

CƏMİYYƏT

862

01.04.2019, 09:27

\"\"  Bu gündən Azərbaycanda doğulan körpələrə 200 manat sosial müavinət veriləcək.
Oxu24.com  xəbər verir ki, bu barədə prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında fevralın 25-də imzaladığı sərəncamda qeyd olunub. Sərəncam bu gündən qüvvəyə minir. Həmçinin beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılıb. Bu məbləğ də əvvəllər 33 manat təşkil edib.