Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkə İrəvandan gələn təyyarəni geri göndərdi

Bu ölkə İrəvandan gələn təyyarəni geri göndərdi

CƏMİYYƏT

329

14.06.2024, 20:50

İrəvandan Kişineuya uçan təyyarə Buxarestə təcili eniş edib.

OXU24.COM  TASS-a istinadən xəbər verir ki, insidentə səbəb bomba həyəcanı olub.

Rumıniya hakimiyyəti Buxarestə məcburi eniş edən təyyarədəki 180 sərnişini səkkiz saat gözlətdikdən sonra təxliyə edib. Bu müddət ərzində insanların göyərtədən enməsinə icazə verilməyib.

Rumıniyanın müvafiq strukturları təyyarəni və sərnişinlərin baqajını yoxlayıb.

Şübhəli heç nə tapılmasa da, təyyarə Moldova hava məkanına buraxılmayaraq İrəvana geri göndərilib.