Azərbaycanda bu müavinət ARTIRILIR -RƏSMİ RƏQƏM
11 Noyabr 2026, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
576
27.05.2026, 19:27
Anafilaktik şokdan olan ölüm halları bütün dünyada hər il qeydə alınır.
Bir çox hallarda bunun səbəbi məhz orqanizmə dərman preparatlarının (inyeksiya, narkoz və s.) yeridilməsi olur.
Nəzərinizə çatdıraq ki, heç bir insan (!) anafilaktik şokdan sığortalanmayıb. Hətta insanda heç bir maddəyə allergik reaksiya olmadıqda belə.
Oxu24.com bildirir ki, anafilaktik şok güclü və sürətli allergik reaksiyadır. Bu zaman allergen insanın orqanizminə düşdükdən bir neçə saniyə və ya dəqiqədən sonra insanın ürək-damar və nəfəsalma sistemlərində, böyrəklərində, beynində ağır pozulmalar baş verir. Nəticədə lazım olan tibbi yardım dərhal göstərilmədikdə insan həlak ola bilər.
Allergiya xəstəliklərindən və bronxial astmadan əziyyət çəkən insanlar anafilaktik şokun inkişafına görə risk qrupuna daxildir.
Anafilaktik şok insanda bir çox maddələrlə kontakt zamanı inkişaf edə bilər. Lakin bəzi maddələr bu reaksiyaya daha çox hallarda səbəb olur. Bu maddələrin arasında:
- Bəzi qidalar (araxis, qoz, badam, keşyu və s.; balıq və digər dəniz məhsulları və s.)
- Həşəratların (arı, eşşək arısı və s.) dişləməsi.
- Dərman preparatlarının və tibbi manipulyasiyalarında istifadə olunan maddələr.
Əksər hallarda məhz dərman preparatları və tibdə istifadə olunan bəzi maddələr anafilaktik reaksiyaya səbəb olur. Bu preparatların və maddələrin arasında:
- Antibakterial preparatların ("antibiotiklər") bir çox hissəsi: penisillin və onun törəmələri (amoksisillin, ampisillin, oksasillin, amoksiklav, ampioks, auqmentin və s.), levomisetin, streptomisin, sefalosporinlər və s.
- Anesteziya zamanı istifadə olunan preparatlar: novokain, lidokain və s.
- Vaksinlər və anatoksinlər.
- Rentgen zamanı istifadə olunan kontrast maddələr.
- Miorelaksantlar (narkoz zamanı istifadə olunur).
- Vitaminlər (xüsuilə B qrupu vitaminləri).
- Digər maddələr: lateks (əlcəklər, kateterlər, prezervativlər və s.) və s.
Anafilaktik şokun riskini minimuma azaltmaq üçün bütün tibbi manipulyasiyaları (inyeksiyaların vurulması və s.) yalnız tibbi müəssisələrində edilməlidir. İnsanda anafilaktik reaksiya xəstəxana və ya poliklinikada baş verdikdə ona dərhal lazım olan yardım göstəriləcək və bununla da xəstənin həyatını xilas etmək mümkün olacaq.
Nəzərinizə çatdıraq ki, antibiotiklərin yeridilməsindən əvvəl qoyulan "prob" da anafilaktik şokun inkişafına səbəb ola bilər. Məhz bu səbəbdən mütəxəssislər belə "prob"ları mənasız hesab edir. Anafilaktik şokun inkişafında dərmanın miqdarı rol oynamır! Saglamolun.Az
11:57 / 11 Noyabr 2026
1
11:50 / 11 Noyabr 2026
24
11:49 / 11 Noyabr 2026
38
11:43 / 11 Noyabr 2026
208
11:34 / 11 Noyabr 2026
47
11:32 / 11 Noyabr 2026
107
11:28 / 11 Noyabr 2026
97
11:16 / 11 Noyabr 2026
272
11:13 / 11 Noyabr 2026
72
11:11 / 11 Noyabr 2026
100
11:06 / 11 Noyabr 2026
86
10:56 / 11 Noyabr 2026
326
10:51 / 11 Noyabr 2026
99
10:45 / 11 Noyabr 2026
103
10:33 / 11 Noyabr 2026
94
10:19 / 11 Noyabr 2026
96
10:13 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
275
10:09 / 11 Noyabr 2026
157
09:56 / 11 Noyabr 2026
88
09:37 / 11 Noyabr 2026
931
09:35 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.