Sosial ödənişlərlə bağlı AÇIQLAMA
23 May 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
317
13.06.2024, 15:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakının Yasamal rayonunda yerləşən yanğın təhlükəli avtoservisin fəaliyyətini dayandırıb.
FHN-dən verilən xəbərə görə, Xidmət tərəfindən “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- avtoservisdə propan tipli qaz balonlarından istifadə edilir;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;
- avtoservisin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- avtoservisin daxilində layihədən kənar taxta konstruksiyadan ibarət tikililər inşa edilib;
- təxliyə planı işlənib hazırlanmayıb;
- avtoservisin ərazisində yanğın su hovuzu mövcud deyil;
- obyekt daxili yanğın su kranları və avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təchiz edilməyib;
- avtoservisin daxili yanar-sürtgü materiallardan təmizlənməyib;
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonunda yerləşən “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
10:08 / 23 May 2026
71
01:03 / 23 May 2026
230
00:16 / 23 May 2026
439
00:09 / 23 May 2026
354
00:06 / 23 May 2026
210
00:04 / 23 May 2026
152
00:00 / 23 May 2026
407
23:49 / 22 May 2026
149
23:45 / 22 May 2026
512
23:43 / 22 May 2026
345
23:38 / 22 May 2026
243
23:30 / 22 May 2026
242
23:30 / 22 May 2026
136
23:19 / 22 May 2026
156
23:18 / 22 May 2026
176
23:14 / 22 May 2026
188
23:02 / 22 May 2026
721
22:56 / 22 May 2026
126
22:56 / 22 May 2026
133
22:52 / 22 May 2026
292
22:47 / 22 May 2026
123
22:40 / 22 May 2026
296
22:34 / 22 May 2026
1211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.