Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10876
az

Günün qoroskopu: Şəxsi münasibətlərdə anlaşılmaz situasiyalar yaratmayın14 Mart 2019

00:0814 Mart, 2019
736
CƏMİYYƏT
  • A
Qoç - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.
Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın.
Axşam saatlarında diqqətli olun.
Buğa - Rəqibləri geridə qoyaraq irəliləmək şansları var. Şəxsi münasibətlərdə də yeniliklər zamanıdır. Maliyyə əməliyyatları, alış-veriş, yaradıcılıq üçün münasib zamandır.
Bir işi başa vurmamış digərinə başlamayın. Tələsmədən çalışın. Mühüm məsələ ilə bağlı mövqelərinizin dəyişməsində qorxulu heç nə yoxdur. Maliyyə ilə bağlı təklif alsanız, düşünülməmiş qərar qəbul etməyin. Olayların cari fəaliyyətinizə təsir səviyyəsini hesablayın.
Başqalarının hesablamalarına uymayın. Yalnız sizə sərfəli addımlar atın.
Əkizlər - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin.
Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.
Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.
Xərçəng - İşlərinizdə irəliləmək üçün rasional düşünün. Qərar qəbul edəndə ön planda olmayın. Perspektivlər sizi təmin edirsə, işə başlayın.
Fərdi qərarlarla müqayisədə kollektiv müzakirələr daha yaxşıdır. Maraqlarınızın olduğu sahədə qarışıqlıq və anlaşılmazlıq yaratmaq istəyən insan var. Təşəbbüskar davranın, amma düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında mövqelərinizi daha təhlükəsiz etmək üçün zəruri addımlar atın. Münasibətlərdə heç nəyi korlamayın. Ehtiyatlı, sayıq olun.
Axşam saatlarında alış-veriş etmək, qarderobu yeniləmək olar. Dostlardan maraqlı xəbərlər alacaqsınız.
Şir - Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə süni problemlər yaratmayın. Rabitə vasitələri və ya texnikanın işində problemlər yarana bilər. İşlərinizə qapılaraq ailə üzvlərinin xahişini qulaqardına vurmayın. Öhdəlikləri unutmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər olmayacaq. Ailədə rəvan, həlim münasibətləri qoruyun. Məişət qayğıları və problemlərdən tam yayınmaq mümkün deyil. Amma nikbin olsanız, bütün problemlərin öhdəsindən gələ bilərsiniz.
Qız - Uzaqdan yaxşı məsləhət alacaqsınız. Təmasları aktivləşdirin. Təcrübənizi yaxın ətrafınızdakı insanlardan biri ilə paylaşa bilərsiniz. Müxtəlif ağırlıqda və səviyyədəki problemlərin həllində tələskənliyə yol verməyin. Təmirə başlamaq, yaşam arealını yeniləmək olar.
Ailə və məşiət qayğılarının aradan qaldırılması üçün münasib zamandır.
Günün ikinci yarısında aqressiv, səbirsiz, qısqanc olmayın. Hansısa məsələ ilə bağlı fikirlərinizin absolyut həqiqətə bənzəməməsi ilə barışın.
Münasibətləri gərginləşdirməmək üçün iradlarla tənqidləri azaldın. Rasionunuza fikir verin. İdmanla məşğul olun.
Tərəzi - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun.
İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.
Günün ikinci yarısında hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin.
Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq.
Əqrəb - Maliyyə məsələləri xüsusi aktuallıq kəsb edəcək. Sərmayələr, alış-veriş, bankdan kredit almaq üçün sərfəli zamandır. Danışıqlarda mövqelərinizi qorumağa çalışın.
Özünüzü daha səbatlı, əmin və təhlükəsiz hiss etmək üçün situasiyadakı yenilikləri nəzərdən qaçırmayın.
Günün ikinci yarısında əhəmiyyətli layihənin reallaşdırılmasına başlamaq olar. Fəaliyyətin yeni istiqamətini götür-qoy edin.
İntuisiyanızın səsinə qulaq asın. Risk etmək olar.
Axşam saatlarında fiziki təmrinlərlə məşğul olmaq olar.
Oxatan - Şərtləri təhlil edin, situasiyadan istifadə edin. Sizə dəyər verən insanın maraqlarını qulaqardına vurmayın. Yaxşı tanıdığınız insanla əməkdaşlıq edin.
Peşəkar fəaliyyətdə ciddi irəliləyiş istəyirsinizsə, aktiv olun.
Günün ikinci yarısında yaşamınızı yaxşılaşdırmaq imkanlarını əldən verməyin. Xırdalıqlara və detallara həddən artıq əhəmiyyət verməyin. Danışıqlar və ya müzakirələr aparacağınız insanların emosional durumunu nəzərə alın.
Axşam saatlarında şəxsi münasibətlərdə qəfil impuls olacaq. Sevdiyiniz insanla istirahətə üstünlük verin.
Oğlaq - Seçim qarşısında qalacaqsınız. Aldığınız təklifləri tələsmədən dəyərləndirin. Zərurət yaranarsa, tələsin. Ətalət və tənbəllik zamanı deyil. Problemlərin həllinin sınanmış metodları işlək deyil. Yaşam göstərir ki, yeni variantların nəzərdən keçirilməsi zamanı çatıb.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insandan dəstək alacaqsınız. Anlaşma və müqavilələrdə gecikmələr ola bilər. İlkin nəticələri möhkəmləndirin. Uğurlara nail olmağa çalışın.
Şəxsi münasibətlərdə anlaşılmaz situasiyalar yaratmayın. Maliyyə əməliyyatları üçün münasib zamandır.
Dolça - Günün ilk yarısında başladığınız işlərdə və təşəbbüslərdə uğur qazana bilərsiniz. Kollektiv fəaliyyətdə xeyir var. İşlərin qaydaya salınması, şəxsi münasibətlərin tənzimlənməsi üçün yaxşı zamandır. Hadisələrə təsir imkanları böyük olan insanla aktiv ünsiyyətdə olun.
Günün ikinci yarısında xəbərlərə, sizə yaxın insanların durumuna laqeyd qalmayın. Onlara üzləşdikləri problemlərin həllində yardım edin. Situasiya uğursuz olsa da, irəliləyiş əldə edə bilərsiniz.
Axşam saatlarında qohumlardan birinə yardım edin. Səhhətinizin qeydinə qalın.
Balıqlar - Əyləncə və istirahət fikirlərini təxirə salın. Çoxsaylı problemlər yarana bilər. Planlaşdırdığınız bəzi tədbirləri və işləri təxirə salmalı olacaqsınız. Səbrli və təmkinli olsanız, situasiya sizi qıcıqlandırmayacaq.
Günün ikinci yarısında yaxınlarınızın qəlbinə dəyməyin. Etibarlı və sınanmış dostlarla müzakirələr vasitəsilə problemləri həll etmək olar. Yeni tanışlarla ehtiyatlı davranın.
Axşam saatları insanların gur olduğu yerə qatılmaq və ya uzaq yola çıxmaq üçün əlverişli deyil. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ölənlər gəlinin bibiləri imiş -Toy təxirə salındı / FOTO
Ər 18 yaşlı həyat yoldaşını qətlə yetirdi
Ürək üçün ən faydalı 5 QİDA -Birlikdə istehlak edilsə...

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ