Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10865
az

Kitab oxu, ömrün uzansın - ARAŞDIRMA

19:3913 Mart, 2019
753
CƏMİYYƏT
  • A
Həftədə 2 saat kitab oxumaq 2 illik ömrün uzanması deməkdir. "Social Science and Medicine" tərəfindən aparılan araşdırmanın nəticəsində belə bir fikir açıqlanıb. "Social Science and Medicine" 3 min 635 nəfər üzərində apardığı araşdırma zamanı bu qənaətə gəlib.
Oxu24.com Sputnik Azərbaycan-a istinadən dünyanın ən çox kitab oxuyan ölkələrinin adlarını təqdim edir.

"NOP World Culture Score Index"in məlumatına görə, bu gün dünyada ən çox kitab oxuyan ölkə Hindistandır. Hindistanda adambaşına həftəlik kitab oxuma 10 saat təşkil edir. Ən çox kitab oxuyan ölkələr sırasında növbəti yerdə isə Tailand qərarlaşıb. Tailand əhalisi həftəlik təxminən 9 saatını kitab oxumağa həsr edib. Çində əhali həftənin 8 saatını, Filippin və Misirdə isə 7 saatını kitab oxumağa həsr edir. Siyahıda növbəti yerlərdə Çexiya, İsveç, Fransa, Macarıstan, Səudiyyə Ərəbistan, Polşa, Venesuela, Cənubi Afrika Respublikası, Avstraliya, İndoneziya, Argentina və Türkiyə qərarlaşıb. Türkiyədə isə kitab oxuyanlar həftəlik 6 saatını bunun üçün ayırırlar.

UNESCO-nun rəqəmlərinə görə, türkiyəli vətəndaşların ehtiyac siyahısında kitab 235-ci yerdədir. Uşaqlara kitab hədiyyə edilməsinə görə isə Türkiyə 140-cı yerdə qərarlaşıb.

Türkiyədən bir neçə pillə aşağıda yer alan Yaponiyada isə həfətlik kitab oxuma 4 saatdır.

Qeyd edək ki, sözügedən siyahıda Azərbaycanın adı yer almayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanəvi pilotun qəzadan öncəki SƏS YAZISI YAYILDI -İDDİA
Pozner Kennedinin əsl qatili ilə bağlı həqiqəti HƏR KƏSƏ AÇIQLADI
Sualtı fiber optik kabel ZƏDƏLƏNDİ -İki ölkədə problem yaşanır