Qaynar xətt:

(+99450) 247 90 86

Dodaq çatlamasına təbii çarə

CƏMİYYƏT

816

13.03.2019, 18:51

\"\" Havalar soyuduqca dodaqlarda çatlar əmələ gəlir. Bu isə xanımların sevmədiyi hallardan biridir. Oxu24.com evdə hazırlaya biləcəyiniz bir neçə maska təqdim edir: Şəkər tozu və bal Bir çay qaşığı şəkər tozu və balı qarışdırın. Dodaqlarınıza çəkin. 5 dəqiqə saxladıqdan sonra nəmli və canlı dodaqlara sahib olacaqsınız. Hindistan qozu yağı Hindistan qozu yağı dodaqların nəmlənməsində ən yaxşı vasitələrdəndir. Yağdan dodaqlarınıza çəkməyiniz kifayətdir.   Xiyar maskası Xiyar üz dərisi ilə yanaşı dodaqların çatlamasının da qarşısını alır. Xiyarın iç hissəsini dodaqlarınıza vurub 15-20 dəqiqə saxlayın.   Su maskası Dodaqlarınızın itirdiyi nəmi geri qaytarmaq üçün gün ərzində 8-10 stəkan su için. Beləcə həm bədən sağlamlığınızı qoruya biləcəksiniz, həm də dodaq quruluğundan qurtulacaqsınız. Bal maskası Balın tərkibində antibakterial maddələr olur. Dodağa qulluq zamanı təkcə baldan da istifadə edə bilərsiniz. Bütün dodağa çəkdiyiniz balı 15 dəqiqə saxlayın. Gündə 2-3 dəfə istifadə etmək daha məqsədəuyğundur.